Trend-in məlumatına görə, bu barədə Tasnimnews xəbər saytı məlumat verir.İran və Pakistan hərbi dəniz qüvvələri aprelin 8-də Hörmuz boğazında müştərək hərbi təlimlər keçirəcək
Məlumata əsasən, artıq Pakistanın Hərbi Dəniz Qüvvələrinin döyüş qrupu təlimlərdə iştirak etmək üçün İranın Bəndər Abbas limanına gəlib.
Hərbi təlimdə Pakistanın HDQ-dən raket daşıyıcı esmines, köməkçi esmines və bir sualtı qayıq təlimlərdə iştirak edəcək. Pakistan HDQ-si dörd gün müddətinə İranın Bəndər Abbas limanında olacaq və İran Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərə qoşulacaq.
Milli.Az