Siyasət

Ukraynalı azərbaycanlı gənclər seçimlərini etdilər - VİDEO

5 Aprel 2014 12:35
0 Şərh     Baxış: 693
Ukraynalı Azərbaycanlı gənclər yaşadıqları ölkənin ərazi bütövlüyünü dəstəkləyən video roliklə çıxış ediblər. Milli.Az Türkel TV-yə istinadən xəbər verir ki, Ukrayna telekanallarında yayımlanan videorolikində gənclər "Vahid Ukrayna" deyərək ölkələrinin bölünməsinə qarşı olduqlarını bəyan ediblər. Ukraynada yaşayan gənc azərbaycanlılar dinc və sülhsevər bir ölkədə yaşadıqlarına diqqət çəkərək milli mənsubiyyətindən, dilindən və dinindən aslı olmayaraq bu ölkədə yaşayan hər kəsi vətənlərinin müdafiəsinə səsləyib.

"Vahid Ukrayna uğrunda" videorolikində azərbaycanlı gənclər Rusiyanın bu ölkədə həyata keçirdiyi seperatçı siyasətə qarşı olduqlarını bəyan ediblər. Ukraynadakı azərbaycanlı gəncləri Qarabağın Ermənistan tərəfindən işğalını xatırladaraq Krımın Ukraynadan ayrılmasına qarşı olduqlarını deyirlər. Birlik bütün dünya xalqların milli müqqədəratına və dövlətlərin suverenliyinə hörmət etməyə çağırır. Bu Ukrayna azərbaycanlılarının bu ölkəyə sevgisinin bariz nümunəsidir. Prezident İlham Əliyev də hər zaman xarici ölkələrdə yaşayan həmyerlilərimizlə görüşdə onlara yaşadıqları ölkəyə layiqli vətəndaş olmağı tövsiyə edir. Harada yaşamağından asılı olmayaraq həmin ölkəni sevmək, qanunlarına hörmətlə yanaşmaq və həmin ölkə uğrunda mübarizə aparmaq liderimizdən azərbaycanlılara bir ərmağandır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.