Siyasət

ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verdi

5 Aprel 2014 10:26
0 Şərh     Baxış: 631

"Ermənistan hələ də Xocalını işğal altında saxlayır, ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır"

ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat verib.

Milli.Az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib.

O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını qeyd edib.

Edi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırıb.

E.B.Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.