Siyasət

Gürcüstandakı soydaşlarımıza missioner tələsi qurulur

5 Aprel 2014 08:45
Baxış: 710
Son zamanlar Gürcüstanda müsəlmanarın kompakt yaşadıqları bölgələrə ABŞ və Böyük Britaniyadan missionerlər gəlirlər.

Onlar yerli sakinlər arasında təmənnasız olaraq fars və ərəb əlifbasına tərcümə edilmiş xristianlıqdan, İsa peyğəmbərin həyatından bəhs edən videomateriallar, eləcə də "İncil" kitabını yaymaqla məşğul olurlar.

Əldə etdiyimiz məlumatlara görə, təbliğat aparan missionerlər arasında erməni mənşəli şəxslər də var.

Belə başabəla "missioner"lər dini ədəbiyyatlar yaymaqla kifayətlənmirlər.

Onların payladıqları kitab və broşürlərdə xristian dininə vədli çağırış, habelə guya müsəlmanların əksəriyyətinin İslam dinindən imtina edərək, xristian dinini qəbul etmələri barədə bilgilər yer alır.

Erməni mənşəli britaniyalı və amerikalıların Gürcüstandakı müsəlmanlar arasında fars, ərəb dillərində xristian ədəbiyyatını, videomaterialları yaymaları yalnız ilk baxışdan paradoksal təsir bağışlaya bilər. İş heç də xristian missionerliyində deyil.

Məqsəd missionerlikdən vasitə kimi istifadə edərək Gürcüstandakı soydaşlarımız arasında dini zəmində qarşıdurmalar yaratmaqdır.

Təbii ki, hansısa kitab və ya video, fars, ya da ərəb dilində olan xristian ədəbiyyatı müsəlmanı dinindən döndərə bilməz.

Lakin xristian kilsələrinin başçılarının, dini liderlərinin tolerantlıq, dinlərarası dialoqdan bəhs etdikləri bir zamanda belə missionerlərin fəaliyyəti azərbaycanlılara qarşı yönəlmiş növbəti təxribat planının bir hissəsi sayıla bilər.

Vahid
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.