Siyasət

Bakıda Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub

2 Aprel 2014 20:48
Baxış: 518
Bu gün Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə qonaqları salamlayan Rumıniyanın ölkəmizdəki səfiri Daniel Çiobanu bildirib ki, Rumıniya NATO-da həm Avropa, həm də bütün dünya ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. "Bu baxımdan Azərbaycan Rumıniya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan NATO üçün strateji tərəfdaşdır".
 

Səfir Әfqanıstandakı əməliyyatlara verdiyi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib: "Sülh Naminə Tərəfdaşlıq çərçivəsində geniş əməkdaşlığımız mövcuddur".

D.Çiobanu enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığı da vurğulayıb: "Ümid edirəm ki, gələcək illərdə mövcud olan əlaqələr daha da inkişaf edəcək".

Diplomat, həmçinin Azərbaycanın bu ilin sentyabrında keçiriləcək NATO sammitində çox vacib rol oynayacağına əmin olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.