Siyasət

Misirdəki səfirliyimizin Kəlbəcər rayonunun işğalı ilə bağlı bəyanatı bu ölkənin mediasında tirajlandı

2 Aprel 2014 20:45
Baxış: 737
Bu gün Azərbaycanın Misirdəki səfirliyinin Kəlbəcər rayonunun işğalı ilə bağlı bəyanatı Misirin Yaxın Şərq xəbərlər agentliyində, "Əl-Yaum Əs-Sabi", "Əl-Bələd", "Kalamakhbar", "Akhbarak" və "Elgornal" internet qəzetlərində yayılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 70 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunduğu, nəticədə 511 nəfərin öldürüldüyü, 321 nəfərin isə itkin düşdüyü, ümumilikdə rayona 761 milyon ABŞ dolları həcmində ziyan dəydiyi barədə məlumatlar öz əksini tapıb.


Həmçinin bəyanatda Kəlbəcərin işğalı ilə Dağlıq Qarabağ bölgəsinin Ermənistanın tam nəzarətinə keçdiyi barədə məlumat verilərək, sözügedən rayonun işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ilin 30 aprel tarixində 822 saylı qətnamənin qəbul edildiyi, bununla da Ermənistan işğalçı qüvvələrinin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasının tələb olunduğu bildirilib. Lakin həmin qətnamədən irəli gələn hər hansı bir öhdəliyin indiyədək Ermənistan tərəfindən yerinə yetirilməməsi bəyanatda ayrıca olaraq vurğulanıb.
 

Kəlbəcər rayonunun işğalından sonra öz tarixi torpaqlarından çıxarılan azərbaycanlıların Azərbaycan Respublikasının 59 rayon və şəhərində məskunlaşması bəyanatda qeyd olunub.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez pozulduğu barədə məlumatlar bəyanatda vurğulanıb, eyni zamanda, sülh danışıqlarının indiyədək müsbət nəticə verməməsinin əsas səbəbi Ermənistanın BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirməməsi ilə əlaqələrindirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.