Siyasət

Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

2 Aprel 2014 17:58
Baxış: 391
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 4-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr öz Twitter səhifəsində yazıb.

C.Uorlik, həmçinin bildirib ki, bu gün o, ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşür: "Bu gün ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşürəm. Cümə günü isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Moskvaya yola düşəcəyəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.