Siyasət

Rumıniya Prezidenti: "Dondurulmuş münaqişələr NATO-nun imkanlarının yoxlanılması üçün sınaqdır"

2 Aprel 2014 17:52
0 Şərh     Baxış: 458

"NATO regiondakı mövcud problemləri, o cümlədən dondurulmuş münaqişələri həll edə bilər"

Trend-in Rumıniyanın Actmedia.eu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rumıniya Prezidenti Trayan Besesku parlamentdə ölkənin Şimali Atlantika Alyansına qoşulmasının 10 illiyi münasibətilə çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiyada dondurulmuş münaqişələr, eləcə də Krımdakı münaqişə NATO-nun regiona sabitlik və təhlükəsizlik gətirmək imkanlarının yoxlanılması üçün, habelə Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından sınaqdır.

T.Besesku deyib ki, belə vəziyyətdə alyansın təhdidlərə qarşı dayanmaq bacarığını tətbiq etməkdən başqa çıxış yolu yoxdur: "Biz Avropada sabitliyə nail olmaq üçün "boz zona"lardan və yanaşmada ikifikirlilikdən yayınmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.