Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

2 Aprel 2014 20:11
Baxış: 745
17:23

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını dövlətimizin başçısına çatdırdı. O, Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim etdi. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.


---------
16:50

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul edib.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Milli.Az

----------
20:11

Böyütmək üçün şəkillərə klikləyin.


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıqetdiyi nümayəndə heyətini qəbul etmişdir




Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir




Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisini qəbul etmişdir




Azərbaycan Prezidenti İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.