Siyasət

Rəbiyyət Aslanova oğlunun yeni vəzifəsindən danışdı

2 Aprel 2014 17:04
0 Şərh     Baxış: 1 417
Milli Məclisin deputatı, Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri olan oğlu Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına qısa münasibət bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, deputat R.Aslanova açıqlamasında oğlunun yeni vəzifəyə təyin olunması ilə bağlı ürək sözünün olmadığını deyib:

"Oğluma yeni vəzifə verilməsi ilə bağlı heç bir ürək sözüm yoxdur. Nə varsa, mətbuatda yazılıb".

Daha sonra R.Aslanova sualımızı bu cür cavablandırıb: "Salamat olun, Allah qoysa görüşərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.