14:28
Malena Mard qeyd edib ki, hesabatda əsas diqqət Ukraynaya yönəlib. Onun sözlərinə görə, Aİ Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın Rusiyaya birləşdirilməsinə dair keçirilən referendumu tanımır.
Trend-in məlumatına görə, o, həmçinin qeyd edib ki, BMT Baş Assambleyasının iclasında referendumu tanımamağa çağıran qətnamənin lehinə səs verən ölkələrdən biri də Azərbaycan idi.
Səfir deyib ki, hesabatda tövsiyələrdən biri də Azərbaycanda korrupsiyaya qarşı mübariziyə dair milli proqramın həyata keçirilməsi ilə bağlıdır.
Aİ səfiri hesabatda Azərbaycanda "ASAN xidmət"in uğurlu fəaliyyəti barədə qeyd olunduğunu da bildirib: "Qürur duyuruq ki, Aİ-nin "ASAN xidmət"in işində az da olsa, payı var".
Onun sözlərinə görə, Aİ Azərbaycanda vətəndaş cəmiyyəti ilə bir çox sahələrdə əməkdaşlıq edir və ümid edir ki, bu əməkdaşlıq davam edəcək.
Səfir qeyd edib ki Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsinə də önəm verildiyi barədə hesabatda qeyd olunub.
M.Mard qeyd edib ki, Aİ münasibətlərin inkişafında iddialıdır. Lakin bu, açıq dialoqa əsaslanmalıdır: "Biz Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edirik. İstərdik ki, enerji sahəsi ilə yanaşı, insan haqları sahəsində də əməkdaşlıq inkişaf etsin. Şərq Tərəfdaşlığı sülhməramlı alətdir".
-----------
12:13
Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.
Səfir qeyd edib ki, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: "2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir".
M.Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək.
Səfir bildirib ki, hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Onun sözlərinə görə, əfsuslar olsun ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib. "Amma ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və görüşlərin bundan sonra da keçirilməsinə qərar veriblər".
Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. M.Mard deyib ki, hesabatda qeyd olunan tövsiyələrdən biri də Aİ nümayəndələrinə Dağlıq Qarabağ və ətraf rayonlara getməyə icazə verilməsidir.
Səfirin sözlərinə görə, Aİ enerji sahəsində əməkdaşlıqda Azərbaycana böyük önəm verir: "Aİ Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir".
Milli.Az
Siyasət
Aİ səfiri: "Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişi bu yay qüvvəyə minəcək" - YENİLƏNİB
2 Aprel 2014 14:28
Baxış: 522
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar