Siyasət

Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

2 Aprel 2014 10:24
Baxış: 604
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov çərşənbə günü Azərbaycana ikigünlük səfərə gəlib.

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Meredov səfər zamanı ölkə rəhbərliyi, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 88,15 milyon dollar təşkil edib. Bu həcmin yarıdan çoxu Azərbaycana idxal olunan türkmən mallarının payına düşür. Azərbaycandan Türkmənistana ixrac 39,85 milyon dollar təşkil edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.