Siyasət

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

31 Mart 2014 21:15
Baxış: 762
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə Baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik etmiş, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırmışdır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.