Siyasət

Erməni vandalizminin Qarabağdakı izləri - VİDEO

31 Mart 2014 16:32
0 Şərh     Baxış: 573

Müxtəlif vaxtlarda Qafqazda məskunlaşdırılan ermənilərin azərbaycanlılara qarşı soyqırımı 20-ci əsrin əvvəllərindən başladı. Milli.Az El TV-yə istinadən xəbər verir ki, tarixçi Bakir Quliyev bildirir ki, 1905-1906-cı illərdə Çar Rusiyasının himayəsi altında özlərinə sığınacaq tapan ermənilər Bakıda, Naxçıvanda, o cümlədən də Qarabağda 10 minlərlə azərbaycanlını açıq şəkildə qətlə yetirdilər: "1905-1906-cı illərdə dünyanın bütün dövlətlərində siyasi çaxnaşma, qarşıdurma yaranmışdı. Çar Rusiyası isə Uzaq Şərqdə Yaponiya dövləti ilə müharibəyə başlamışdı. Belə bir şəraitdə ermənilər siyasi qatışıqlıqdan istifadə edib, yenidən Azərbaycana qarşı açıq şəkildə soyqırıma keçdilər. Azərbaycanın ərazilərini əhatə edən böyük qırğın faktları qeydə alındı".

Bakir Quliyev deyir ki, 1918-ci ildə "Zaqafqaziya Seymi"nin dağılmasından sonra Çar Rusiyasının himayəsi altında olan ermənilərin Azərbaycan torpaqlarında "Böyük Ermənistan" dövlətini yaratmaq xülyaları yenidən alovlandı və nəticədə Azərbaycan ərazisində kütləvi qirğınlara başlanıldı. Qarabağ bölgəsi də bu qırğınlardan kənarda qalmadı: "300 minə yaxın azərbaycanlı qətlə yetirildi. Təkcə Bakıda 50 minə yaxın azərbaycanlı öldürüldü. Azərbaycanın digər zonalarında, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Borçalıda, Arazın cənubunda 80 minə qədər insan qətlə yetirildi".

Tarixçi vurğulayır ki, 20-ci əsrin 90-cı illərində isə ermənilər daha yaxşı silahlanaraq azərbaycanlılara qarşı hücüma başladılar. Nəticədə həm Qarabağ və ətraf rayonlar işğal olundu. Həm də Azərbaycan əhalisi növbəti dəfə soyqırıma məruz qaldı, vandalizm aktları həyata keçirildi. Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə başlayan təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlar olmaqla, torpaqlarımızın 20 faizi işğal edildi. 1 milyon insan yurd-yuvasından didərgin düşdü. 50 mindən çox insan ermənilər tərəfindən vəhşiliklə qətlə yetirildi. Əsir və itkin düşən minlərlə insanın taleyindən xəbər yoxdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.