Türkiyənin "Star" qəzetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş məqalə dərc olunub. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və eyni zamanda Xəzər Universitetinin müəllimi olan Araz Aslanlının müəllifi olduğu məqalədə 31 Mart soyqırımının səbəbləri və nəticələri haqqında geniş məlumat verilib.
Trend-in məlumatına görə, məqalədə soyqırımın əsas səbəbləri kimi Rusiyanın regionda mövqelərini gücləndirmə istəyi, radikal erməni qrupların "böyük Ermənistan" xülyası, Birinci Dünya müharibəsindən və Bolşevik inqilabından sonra regionda yaranan boşluqda silahlı bolşevik və erməni dəstələrinin geniş hərbi imkanlara malik olması, amma bunların qarşısında Azərbaycan əhalisinin müdafiəsiz qalmaları xüsusi vurğulanır.
Məqalədə qeyd olunur ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 31 Mart soyqırımı ilə bağlı yaradılan xüsusi komissiya soyqırımla bağlı vacib faktları toplamışdı. Ancaq Sovet dövründə bu hadisənin unutdurulması üçün cəhdlər edildi.
SSRİ-nin dağılması ərəfəsində və SSRİ dağıldıqdan sonra geniş kütlələr 31 Mart soyqırımı barədə yenidən məlumat sahibi oldular. 1998-ci il martın 26-da isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırım Günü elan edildi.
Müəllif qeyd edir ki, istər 31 Mart soyqırımı, istərsə də Xocalı soyqırımı yaxşı araşdırılmalı, gələcək nəsillərə öyrədilməli və cinayətkarlarının cəzalandırılması üçün daha çox səylər göstərilməlidir ki, gələcəkdə bu cür hadisələr baş verməsin.
Milli.Az
Siyasət
Türkiyədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olundu
31 Mart 2014 14:38
0 Şərh
Baxış: 570
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- İsrail ordusu Hizbullahın qərargah rəisini öldürdü
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik