Litva Respublikasının məşhur "www.slaptai.lt" internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımdan bəhs edən məqalə dərc edilib.
Diaspor Jurnalistləri Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" sərlövhəli məqalənin müəllifi Birliyin sədri Fuad Hüseynzadədir.
Məqalədə bu gün də Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin davam etdirildiyi qeyd olunur: "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Nəticədə bir milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır, işğal altındakı tarixi-dini abidələrimiz məhv edilir. Bu faktlar da təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır".
Müəllif yazır ki, ermənilər hələ 1918-ci ilin mart ayında 12 min azərbaycanlını qətlə yetirməklə yanaşı, Azərbaycanın yüzlərlə şəhər və kəndini xarabalığa çevirib, məscidləri, məktəb binalarını yandırıb, mədəniyyət abidələrini yerlə yeksan ediblər: "Ermənilər Cümə məscidini, Təzəpir məscidini, İsmailiyyə binasını top atəşi ilə dağıdıblar. Ermənilərin işğal zonalarında Azərbaycanın maddi mədəniyyət abidələrinin dağıdılması prosesi indi də davam edir. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix, mədəniyyət və memarlıq abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır. Memarlıq abidələri tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib. Bütün bunlarsa "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir".
Yazıda ermənilərin bu vandalizminə baxmayaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin dövlət səviyyəsində davam etdirildiyi, hətta Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu vurğulanır: "Bakıda olan "Qriqori Lusavoriç" erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Hazırda burada kitab və erməni dilində olan əlyazmalar qorunur. Son dəfə erməni kilsəsində bərpa işləri 2011-ci ildə aparılıb. Bu gün xaricdən gələn qonaqların bu kilsəyə səfərləri təşkil olunur. Hətta 2010-cu ilin 26 aprelində Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu kilsədə olublar. Ermənilər abidlərimizə vandalizm siayasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur".
Məqalənin original variantını aşağıdakı linkdən oxumaq olar: http://slaptai.lt/gyvenimo-skandalai/8005-azerbaidzanieciu-tolerancija-pries-armenu-vandalizma.html
Milli.Az
Siyasət
Litva mediası 31 Mart soyqırımından yazdı
31 Mart 2014 14:14
Baxış: 476
DİGƏR XƏBƏRLƏR
- ABŞ Bakıda həbsdə olan separatçıların cinayətkar olduğunu çox gözəl anlayır - Sevil Mikayılova - VİDEO
- Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük - Sevil Mikayılova - VİDEO
- Putin İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək
- İlham Əliyev Rusiyaya səfərə gedib - VİDEO - FOTO
- Prezidentin adından saxta məlumat yayıldı - Rəsmi - FOTO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
XƏBƏR LENTİ
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar