Mozambikin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub - FOTO
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Mozambik arasında siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verən E.Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi koçkün vəziyyətinə düşdüyünü bildirib.
Nazir Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul edilmiş dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb.
E.Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və ADA Universitetində Mozambik diplomatlarının və digər peşə sahiblərinin təhsil almasının mümkünlüyünü qeyd edib və Mozambikin xarici işlər naziri O.Baloini Azərbaycana səfərə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən O.Baloi E.Məmmədyarovun Cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib.
O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.
Mozambikə ilk rəsmi səfəri çərçivəsində nazir E.Məmmədyarov bu ölkənin təbii sərvətlər naziri xanım Salvadora Namburete ilə də görüş keçirib.
Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin təcrübəsi haqqında məlumat verib.
Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.
Xanım S.Namburete Azərbaycan neft və qaz sahəsində təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırıb, Azərbaycanın təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil edilməsində maraqlı olduqlarını vurğulayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu





