Siyasət
Mübariz Əhmədoğlu: "Lorini Gürcüstana, Zəngəzuru Azərbaycana qaytarmaqla Ermənistan Rusiyanın Cənubi Qafqazda imicini daha da yaxşılaşdıra bilər"
28 Dekabr 2013 12:55
Baxış: 1 362
"Türkiyə, İran və sonralar Gürcüstan və Azərbaycandan qoparılan torpaqlar hesabına Cənubi Qafqazda sintetik Ermənistan dövləti yaradıldı. Bunu ermənilərin Qafqazdakı tarixi, indiki davranışları və coğrafiyaları sübut edir".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, ermənilər rusların onlara isti münasibətindən öz maraqları üçün bol istifadə etdilər: "Ermənilər Rusiyanın xarici siyasətinin böyük bir qismini ələ keçiriblər. Ermənilər Rusiyanın kino, mədəniyyət sahəsində birinci söz sahibidirlər. Rusiyanın mətbu orqanlarında ermənilərin sayı azalmaq bilmir. Faktiki olaraq Rusiya ermənilər üçün işləyib. Buna görə ermənilər Rusiyanın ayağının altını qazmaq əvəzinə, ona minnətdar olmalıdırlar. Eyni zamanda, erməniliklərini də unutmadılar; xaricilərlə birlikdə Rusiyanın səfirini öldürdülər; paytaxt Moskva şəhərinin metrosunda terror hadisəsi törətdilər; ən nəhayət, tarixdə ən böyük rus imperiyasını dağıtdılar. Ermənilərin Rusiyaya təsiri artdıqca Cənubi Qafqazın iki dövləti ilə Rusiya arasında münasibət zəiflədi. Gürcüstan və Azərbaycanla bağlı heç həqiqi məlumatlar Kremlə çatmırdı, yolu bağlanmışdı".
M.Əhmədoğlu qeyd edib ki, indi Rusiya təkcə Ermənistana söykənərək Qafqazda duruş gətirə bilməyəcək. Politoloqun fikrincə, Rusiyanın Gürcüstan və Azərbaycanla strateji dostluq əlaqələrinə malik olması zamanın tələbidir: "Bu tələb qarşılıqlı faydalıdır. Ona görə Ermənistan ya Moskvadakı xarici siyasət, media, ictimai-siyasi mühitdəki imkanlarını Cənubi Qafqazdan olan digər iki dövlətin təmsilçilərinə bağışlamalı, ya da Rusiyanın hesabına əldə etdiyi torpaqların bir qismini həqiqi sahibinə qaytarmalıdır".
Politoloqun fikrincə, ən yaxşısı Lori vilayətini tarixi sahibi olan Gürcüstana, Zəngəzuru isə tarixi sahibi olan Azərbaycana qaytarmaqdır: "Bununla da Rusiya Abxaziya və Cənubi Osetiya itkisini neytrallaşdırma istiqamətində Gürcüstana doğru müsbət jest etmiş olur. Zəngəzurun Azərbaycana qaytarılması isə Rusiya-Ermənistan münasibətlərində daha strateji tutumludur. Əvvəla, Meğri dəmir yolu fəaliyyətə başlayır, Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqəsi bərpa olunur. Meğri dəmiryolu gürcü-abxaz dəmiryolunun fəaliyyətə başlamasının qeyri-mümkünlüyü fonunda yeganə mümkün variantdır. İndi hətta ermənipərəst Rusiya ekspertləri də alnayıblar ki, gürcü-abxaz dəmiryolunun fəaliyyətə başlaması, ən azı yaxın zamanda qeyri-mümkündür. Cənubi Qafqaz uğrunda geostrateji mübarizə isə özünün pik nöqtəsinə məhz indi yaxınlaşır. İkincisi Rusiyanın strateji müttəfiqi olan Ermənistanın İranla coğrafi əlaqəsi kəsilir. Nəticədə İranın Ermənistana güclü antirusiya təsiri neytrallaşdırılmış olur. İran hal-hazırda antirusiya mövqedədir və o uzun müddət bu mövqedə qalacaq".
M.Əhmədoğlu əlavə edib ki, Avropa İttifaqı Ermənistana qısa müddət ərzində 66 milyon avro vəsait ayırdı: "Ermənistanın Gömrük İttifaqına üzvlük prosesi irəlilədikcə Aİ-nin bu pulu ayırması Ermənistanın antirusiya oyunlardan əl çəkmədiyinin göstəricisidir. Bir azdan Qərblə Ermənistanın oyunu da qurtarmasa, Ermənistan dövlətçiliyinin qurtarması mümkündür".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)