İtaliyalı müşahidəçi Azərbaycanda demokratik seçkilərin keçirildiyini qeyd edirlər
Trend-in məlumatına görə, bunu cümə axşamı mətbuat konfransında Avropa Parlamentinin (AP) müşahidəçisi, Xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera deyib:"Azərbaycan təkcə iqtisadi münasibətlərə görə deyil, həm də enerji təhlükəsizliyi baxımından Avropa və İtaliya üçün böyük əhəmiyyət kəsb edən ölkədir"
"Bizim missiya baş çəkmək istədiyimiz bütün seçki məntəqələrində, daha doğrusu, 18 məntəqədə olub və heç bir maneə ilə qarşılaşmayıb".
Onun sözlərinə görə, AP-nin missiyası ötən illərlə müqayisədə seçki sisteminin inkişafını vurğulayıb: "Missiya seçkilərdə sakit ab-havanı qeyd edib, heç bir pozuntu və şikayət qeydə almamışıq. Buna görə də, demək olar ki, seçkilər azad və ədalətli keçib".
İtaliyalı müşahidəçi deyib ki, böyük dəyişiklik və inkişaf təkcə Bakıda müşahidə olunmur, yaşayış standartları ölkə üzrə artıb, xeyli yeni bina var və ümumilikdə ölkədə ab-hava çox müsbətdir:
"AP missiyasının məqsədi ölkədə daxili siyasi vəziyyət haqqında rəy vermədən seçki prosesini müşahidə etməkdir. Namizədlər eyni şəraitə malik olublar. Bilirəm ki, bizim rəyimizlə və Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi arasında fərq var. Hər kəsin öz fikrini söyləmək hüququ var və hamı öz fikrinə görə məsuliyyət daşıyır. Heç kəsdən mükəmməl demokratiya tələb etmək olmaz, çünki belə demokratiya heç bir yerdə yoxdur. Aİ ölkələrinin vəzifəsi Bakıya mərhələli, addım-addım inkişaf etməyə hakim kimi yox, dost kimi kömək etməkdir. Biz Azərbaycanı tərəfdaş kimi həvəsləndirməliyik".
F.Provera qeyd edib: "Jurnalistlərin sıxışdırıldığı barədə danışan tənqidçilərə cavab olaraq demək istəyirəm ki, İtaliyada hazırda diffamasiya ittihamı üzrə 4 jurnalist həbs edilib, onlardan birinin yaşı 70-i ötüb. Tənqidin ikinci məqamı prezidentliyə qadın namizədin olmamasıdır. Lakin heç vaxt qadının prezidentliyə namizəd olmadığı ABŞ nümunəsi var, bu da onu göstərir ki, demokratiya və qadın prezidentin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan 20 ildir müstəqil ölkədir və biz ölkəyə demokratiyanın inkişaf etdirilməsində kömək etməliyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





