Siyasət

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

26 Oktyabr 2013 14:26
Baxış: 16 011

26.10.2013
14:26

Kolumbiya Respublikası Senatının sədri Xuan Fernardo Kristo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kolumbiya Respublikasının Konqresi adından səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq.

Əminik ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri Prezidentliyinizin yeni dövründə daha da dərinləşəcək və müştərək uğurlarımız artacaqdır.

Aramızda olan dostluq münasibətlərindən istifadə edərək bir daha Sizə işlərinizdə uğurlar, möhkəm cansağlığı, firavanlıq və xalqınıza sülh arzulayırıq.

Ehtiramla,

Xuan Fernardo Kristo
Kolumbiya Respublikası Senatının sədri,
Karlos Fernando Motoa
Kolumbiya Respublikasının senatoru,
Miriam Paredez
Kolumbiya Respublikasının senatoru,
Markos Avirama
Kolumbiya Respublikasının senatoru,
Alexandra Moreno Piraqive
Kolumbiya Respublikasının senatoru,
Edqar Espindola
Kolumbiya Respublikasının senatoru,
Karlos Emirio Barriga
Kolumbiya Respublikasının senatoru".

----------
14:14

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə milli lider kimi münasibətinin təsdiqidir. Sizi mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan dövlətlərarası dostluq münasibətlərinin ardıcıl tərəfdarı kimi tanıdığımdan xalqlarımız arasında etimad və qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsi işinə qiymətli şəxsi töhfənizi qeyd etmək istərdim.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

X X X

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin direktoru Jujanna Cakab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin işçi heyəti adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycanın səhiyyə sisteminin inkişafına göstərdiyiniz səylərinizi yüksək qiymətləndiririk. Bu səylər Azərbaycan Respublikasının ötən illərdə nəzərəçarpacaq nailiyyətlər əldə etməsi ilə nəticələnmişdir. Bu nailiyyətlər, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın uşaq sağlamlığı məsələsini ön plana çəkməsi və dəstəkləməsinə görə, İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülməsində bir daha açıq şəkildə özünü göstərmişdir.

Azərbaycan Dünya Səhiyyə Təşkilatı İdarə Heyətinin fəal üzvüdür. Siz 2011-ci ildə Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilən 62-ci sessiyasında bizə və qurumun Avropa regionu üzrə 53 üzv dövlətinin nümayəndələrinə yüksək qonaqpərvərlik nümayiş etdirdiniz. Sessiyanı rəsmən açıq elan etdiyiniz zaman Sizinlə şəxsən görüşməkdən şərəf hissi duydum.
Zati-aliləri, mən əminəm ki, Azərbaycan ilə Dünya Səhiyyə Təşkilatı arasında mövcud olan gözəl əməkdaşlıq növbəti illərdə də davam edəcəkdir. Biz inanırıq ki, yeni prezidentlik dövrünüzdə də Siz ölkənizin əhalisinin səhiyyə məsələsini ön plana çəkəcək və gücləndirəcəksiniz. Biz də bu təşəbbüsün həyata keçirilməsində Sizə dəstək göstərməyə hazır olacağıq.

Ən xoş arzularla və əminliklə bildirmək istərdim ki, Dünya Səhiyyə Təşkilatı Sizin ölkənizə müvafiq sahələr üzrə hər cür dəstək göstərməyə hazırdır.
Zati-aliləri, cənab Prezident, bir daha Sizə ən yüksək hörmətimi və dərin ehtiramımı ifadə edirəm".

-------------
13:53

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı Şurasının sədri Yuri Şafranik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi və hərarətli təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkar və insani keyfiyyətlərinizə, xarakterinizə, rəhbər, siyasətçi və dövlət xadimi istedadınıza yaxşı bələd olduğumdan, əminəm ki, bu, Azərbaycan xalqının qanunauyğun seçimidir.

XXI əsrdə - yeni dövlətçiliyin formalaşması dövründə Azərbaycan Respublikasının seçdiyi yol Azərbaycan xalqının çox zəngin tarixinə, ölkənin siyasətində və iqtisadiyyatında varisliyə əsaslanan yeganə düzgün yoldur.

Azərbaycanın bu yolda qazandığı sanballı uğurlar dünyada tanınmışdır və bunlar, cənab Prezident, sözsüz ki, Sizin ardıcıl, məqsədyönlü fəaliyyətinizlə bağlıdır.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı arzulayır, Azərbaycan xalqının rifahı, ölkənizin inkişafı və firavanlığı naminə möhtəşəm planlarınızın həyata keçirilməsi üçün tükənməz qüvvə və enerji diləyirəm.

Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm".

X X X

Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi Federal Dövlət Büdcə İdarəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və vətəndaşların rifahı yüksələcək, azərbaycanlı həmkarlarımızla tarixi əlaqələrimiz isə möhkəmlənəcək və qarşılıqlı inteqrasiyanın inkişafında yeni mərhələ açacaqdır.

Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, müstəqil Azərbaycan Respublikasına və xalqına çiçəklənmə arzulayıram".

X X X

ABŞ Konqresinin üzvü Robert B.Aderholt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Son onilliklər ərzində ölkələrimiz arasında ümumi məqsədlər və maraqlara əsaslanan əməkdaşlıq şübhəsiz ki, dinamik surətlə inkişaf etmişdir. ABŞ-a Əfqanıstan, İraq və Kosovoda sülhyaratma əməliyyatlarında dəstək verdiyinizə görə təşəkkür edirəm.

Əminəm ki, gələcəkdə də ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün birgə səy göstərəcəyik. Bir sıra qlobal çətinliklərlə üz-üzə gəlməyimizə baxmayaraq, ümidvaram ki, biz ölkələrimiz arasında və dünyada ədaləti, qanunun aliliyini və iqtisadi inkişafı təşviq etmək üçün əməkdaşlıq edəcəyik.

ABŞ Konqresi nümayəndə heyətinin tərkibində Sizinlə iyul ayında görüşmək çox qürurverici və böyük şərəf idi. Bakıda və ya Vaşinqtonda yenidən Sizinlə görüşməyə ümid edirəm. Sizə və Azərbaycan xalqına uğurlar arzulayıram. Əminəm ki, Siz Azərbaycanı daha da irəliyə aparacaqsınız".

-----------
13:44

Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru Nikolay Trifonov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,
Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Beynəlxalq qiymətləndiricilər birliyi böyük məmnunluq hissi ilə təsdiq edir ki, atanız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunmuş sosial-iqtisadi uğurlar dinamik inkişaf edir və artır.

Möhtərəm İlham Heydər oğlu, Sizi bir daha təbrik edirəm və Azərbaycan xalqının rifahı naminə əzmkar fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirəm".

X X X 

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Prezidentimiz,
Oktyabrın 9-da Azərbaycanda keçirilən seçkilərdə əksini tapan milli iradə Zati-alilərinizi yenidən ali vəzifəyə gətirərək inkişafın, rifahın, sabitliyin tərəfində olduğunu göstərmişdir.

Zati-alilərinizi təbrik edirəm.

On ildə yeni, müasir, modern və demokratik bir Azərbaycan yaratdınız. Mərhum Heydər Əliyevdən təhvil aldığınız bayrağı məsuliyyətlə daha yüksəklərdə dalğalandırırsınız. Zati-alilərinizə Mərmərə Qrupu Vəqfi olaraq təbriklərimizi çatdırırıq.

Sonsuz ehtiramımızı və təbriklərimizi qəbul edin".

---------
13:28


Panama Respublikasının Prezidenti Rikardo Martinelli Berrokal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətlə Zati-alilərinizə Panama xalqı, Panama Respublikası Hökuməti adından və şəxsə öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu münasibətlə, Panama Respublikasını və Azərbaycan Respublikasını bir-birinə bağlayan yaxın dostluq və əməkdaşlıq əlaqələrini, ölkənizin rifahı və firavanlığı naminə, cənab Prezident, ən xoş arzularımı ifadə etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə səmimi təbriklərimi çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".

X X X

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,
Ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Hüquqşünasların İctimai Birliklərinin Beynəlxalq İttifaqı adından ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin yürütdüyünüz, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunun seçicilər tərəfindən geniş və fəal dəstəklənməsinə parlaq sübutdur. Seçicilərin iradəsi, şübhəsiz, Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın və ölkədə sabitlik, firavanlıq və rahat həyat kursunun varisliyinin təmin edilməsində Sizin şəxsi xidmətlərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Prezident seçkiləri və bu seçkilərdə Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz ölkədə demokratik dəyişikliklər prosesinin dərinləşməsini, vətəndaş cəmiyyəti təsisatlarının inkişafını, vətəndaşların seçki hüququnun təmin edilməsini bir daha şəksiz təsdiqlədi.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və firavanlığı naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq".

-----------
13:07


İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram.

Seçkilərin nəticələri Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqının daha da inkişafı üçün vacib amil olacaqdır.

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələr və əməkdaşlıq əminəm ki, Sizin səyləriniz sayəsində daha da inkişaf edəcəkdir. Ümidvaram ki, İslam Əməkdaşlıq Təşkilatının əsas üzvlərindən biri kimi Azərbaycan təşkilatda fəal və mühüm rol oynamağa davam edəcəkdir.

Zati-aliləri, Sizə uğurlar diləyirəm. Xahiş edirəm dərin ehtiramımı qəbul edin".

X X X

Finlandiya Respublikasının Prezidenti Sauli Niiniste Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar diləyir, ən xoş arzularımı və ən yüksək ehtiramımı çatdırıram".

X X X

Braziliya Federativ Respublikasının Prezidenti Dilma Roussef Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə Braziliya ilə Azərbaycan arasında mövcud dostluq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində güclənməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

----------------
25.10.2013

18:12

Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukraynanın müftisi Şeyx Əhməd Təmim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Ukrayna müsəlmanları adından mənim səmimi təbriklərimi qəbul edin.

Biz, çoxsaylı Azərbaycan diasporunun yaşadığı çoxmillətli Ukrayna dövlətinin müsəlmanları xeyirxahlığın və həqiqi biliklərin yayılması üçün çalışmış Qafqazın böyük müsəlman teoloqlarının irsini yüksək qiymətləndiririk. Onların əsərləri müsəlman dünyası, o cümlədən Ukrayna müsəlmanları üçün bilik mənbəyidir. Ukrayna Müsəlmanları Dini İdarəsi bu böyük irsi indiki və gələcək nəsillərə çatdırmağa və onu qoruyub saxlamağa çalışır, Ukraynada yaşayan və İslama etiqad edən xalqların milli mədəniyyətlərinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Sizin şəxsinizdə Azərbaycan xalqına yüksək mənəviyyatı və gözəl ənənələri həmişə qoruyub saxlamağı arzu edirik. Qadir Allahdan Sizin dövlətə sülh və çiçəklənmə diləyir, Sizə və ailənizə möhkəm cansağlığı və cəmiyyətin rifahı naminə səmərəli fəaliyyət arzulayırıq".

---------
16:51

N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım Fondunun prezidenti Valeri Serov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.

Sizin rəhbərliyiniz ilə Azərbaycanın siması son on ildə tamamilə dəyişmişdir. Ölkənin iqtisadiyyatı möhkəmlənmiş, şəhər və kəndlər müasir görkəm almış, gözəl Bakı daha yaraşıqlı və əzəmətli olmuşdur. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, Sizin adınız daim dünyanın ən populyar prezidentləri sırasında çəkilir.

Əminik ki, prezidentliyinizin yeni dövrü ölkənizin daha da çiçəklənməsinə və Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəlmiş ən möhtəşəm planlarınızı həyata keçirməyə imkan verəcəkdir.

Sizin rəhbərliyiniz ilə yaxın beş il Azərbaycan ilə Rusiya arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində yeni mərhələ, iki ölkənin mehriban qonşuluq, qarşılıqlı faydalı münasibətləri üçün örnək olacaqdır.

Dərin hörmətlə,

Valeri Serov
N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım
Fondunun prezidenti
 

Aleksandr Romaşin
N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım
Fondunun idarə heyətinin sədri
 

Pərviz Əbdüləzizov
N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım
Fondunun Azərbaycan bölməsinin direktoru".


--------
16:33

M.F.Vladimirski adına Moskva Vilayət Elmi Tədqiqat Klinik İnstitutu urologiya bölməsinin rəhbəri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, professor, tibb elmləri doktoru Marqarita Trapeznikova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, əmin-amanlıq və firavanlıq arzulayıram!"

X X X

Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri Heydər İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident!

Sankt-Peterburq şəhərindəki Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Sizi, görkəmli siyasi və dövlət xadimini, ulu öndər Heydər Əliyevin işinin layiqli davamçısını, üçüncü müddətə azad, demokratik Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən salamlayır və təbrik edir.

Yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycanda və onun hüdudlarından kənarda Sizə böyük sevgi və ehtiramın daha bir təsdiqidir. Azərbaycan Respublikasının gənc vətəndaşlarının bizim institutda təhsil alan böyük bir qrupu 2013-cü il oktyabrın 9-da yekdilliklə Sizin namizədliyinizə səs vermiş, bununla da müasir Azərbaycanın seçdiyi yolu dəstəklədiyini nümayiş etdirmişdir.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə böyük uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Heydər İmanov
Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri,

Aleksandr Salnikov
Smolnı İnstitutunun rektoru,

Boris Sovetov
Smolnı İnstitutunun prezidenti".

--------
16:24

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri, QDİƏT İşgüzar Şurası Direktorlar Şurasının üzvü Viktor Arxipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Yenidən bu vəzifəyə seçilməyiniz sübut edir ki, Azərbaycan xalqı Sizə etibar edir, ölkənin sosial-iqtisadi sabitliyinin möhkəmlənməsinə olan ümidlərini Sizinlə bağlayır.

Əminik ki, Sizin peşəkar təcrübəniz, enerjiniz və təşkilati istedadınız prezidentliyinizin yeni dövründə də sanballı nailiyyətlər əldə etməyinizə imkan verəcəkdir.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsi üçün Sizin səylərinizi yüksək qiymətləndiririk. Əminik ki, bu istiqamətdə əməkdaşlığımız yüksək səviyyədə davam etdiriləcəkdir".

---------
15:35

Merilend Universitetinin professoru, Vaşinqtondakı Şərq-Qərb Mərkəzinin direktoru Akademik Roald Saqdeyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqı öz ölkəsinin müdrik siyasi kursunu tamamilə dəstəklədiyini yenidən nümayiş etdirdi. Təməli 20 il bundan əvvəl, sovet imperiyası dağılandan sonra ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş (təəssüf ki, postsovet məkanın digər ölkələrində az yerdə həyata keçirilmiş) bu kurs Azərbaycan üçün iqtisadi müstəqillik yolu və hər hansı xarici nüfuz mərkəzlərində deyil, Sizin ölkənizdə işlənib hazırlanan müstəqil siyasi fəaliyyət yolu açmışdır.

Azərbaycan xalqı ölkəyə rəhbərliyi Sizə etibar etdiyi illər ərzində bu kurs yeni impuls almışdır. Mən müntəzəm surətdə Sizin ölkənizdə oluram, yeni Azərbaycan quruculuğunun miqyasını və dərinliyini, onun gənc nəslinə xas olan enerji və optimizmi görürəm. Bu nəslin ali məktəblərdə, universitetlərdə müasir təhsil alması üçün yollar açıqdır. Həmin tədris müəssisələrində mənim azərbaycanlı dostlarım və həmkarlarım, ziyalılar - yaşlı nəslə mənsub olan alimlər öz təcrübə və biliklərini gələcək elmi və texniki kadrlara öyrədirlər.

Fəxr edirəm ki, mənə müxtəlif qitələrdə dünyanın bir sıra ölkələri ilə birbaşa rabitə kanalları açmış ilk Azərbaycan peyki "Azərspace-1"in kosmik orbitə çıxarılması layihəsində iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Beləliklə, Azərbaycan Rusiyadan sonra mahiyyət etibarilə özünün fəaliyyət qabiliyyətli kosmik rabitə sistemi olan ikinci postsovet respublikası olmuşdur.

Möhtərəm İlham Heydər oğlu, Sizi əmin edirəm ki, Azərbaycandan olan həmkarlarım, alim və mühəndislərlə əməkdaşlıq yolu ilə ölkənizin elmi və pedaqoji həyatında iştirakımı davam etdirəcəyəm".

X X X 

Macarıstanın Dyöndyöş şəhərinin meri Laslo Faraqo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Dyöndyöş şəhərinin sakinləri adından təbrik edim.

Azərbaycan ötən on ildə Sizin rəhbərliyinizlə dinamik inkişaf yolu keçmiş, iqtisadiyyat və xarici siyasət sahələrində böyük uğurlar qazanmış, həm öz regionunda, həm də beynəlxalq aləmdə münasibətlərin möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Beləliklə, həmin proseslərin bundan sonra da uğurlu inkişafının təməli qoyulmuşdur.

Hörmətli cənab Prezident, bu ilin may ayında bizim Dyöndyöş şəhəri Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Şuşa şəhəri ilə qardaşlaşmaq barədə niyyət protokolu imzalamışdır. Bildiyimə görə, şuşalıların mütləq əksəriyyəti doğma şəhərin işğaldan azad olunması və ata-baba torpaqlarına qayıtmaq ümidlərini Sizin adınız və Sizin fəaliyyətinizlə bağlayırlar. Mən də buna ümid bəsləyir və səmimi qəlbdən bunu arzulayıram.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".

-----------
15:27

Çili Respublikasının Prezidenti Sebastian Pinera Eçenike Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Bu qələbə Azərbaycan xalqının Zati-alinizə olan etimadını və nikbinliyini bir daha sübut edir.

Eyni zamanda, Sizə və dövlətinizə Çili xalqının dostluğunu və rəğbətini ifadə edir, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək Azərbaycan ilə Çili arasında mövcud olan dostluq əlaqələrinin davamlı şəkildə güclənməsi istiqamətində arzularımı və Sizə ən dərin ehtiramımı bildirirəm".

X X X

Fransanın Konyak şəhərinin meri Mişel Qurinças Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Cənab Prezident, Sizi əmin etmək istərdim ki, Azərbaycan ilə Fransa, xüsusilə də ölkənizin Tovuz şəhəri ilə bizim Konyak şəhəri arasında mədəniyyət və şərabçılıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə Konyak şəhəri böyük önəm verdiyini bir daha təsdiq edir.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

-----------
13:50

Moldova Elmlər Akademiyasının prezidenti, Moldova Respublikası Hökumətinin üzvü Akademik George Duka Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moldova Elmlər Akademiyası adından və şəxsən öz adımdan təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizin yürütdüyünüz, sabitliyə, ölkənin davamlı inkişafına və onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətə göstərdiyi böyük dəstək və etimadı bir daha sübut etdi.

Fürsətdən istifadə edərək, Moldovanın və Azərbaycanın elmi ictimaiyyəti və elmlər akademiyaları arasında əməkdaşlığın hərtərəfli inkişafına və möhkəmlənməsinə göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Sizin dəstəyiniz sayəsində biz gələcəkdə də bu sahədə yeni yüksək nailiyyətlər əldə edəcəyik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, gözəl ölkənizin və onun böyük xalqının firavanlığı naminə nəcib əməyinizdə yeni uğurlar arzulayıram".

----------
13:33


GERB Partiyasının sədri, 2009-2013-cü illərdə Bolqarıstanın sabiq Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan qürur və fəxarət hissi duyuram.

Seçkilərdə parlaq qələbəniz Azərbaycanı uğurlu demokratik inkişaf yolu ilə irəliyə aparmaq səylərinizə və lideri olduğunuz partiyanın fəaliyyətinə xalqınızın dəstəyinin əyani göstəricisidir.

Əminəm ki, partiyalarımız arasında əməkdaşlıq bundan sonra da demokratik inkişaf dəyərlərindən faydalanmaq yolu ilə daha da dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.
İcazə verin, bir daha qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırım".

----------------
24.10.2013

19:50

Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm. Bu, bizim ümumi səylərimizin yalnız bir nümunəsidir. Biz Azərbaycan ilə tərəfdaşlığımızın davamlı olacağına ümid edirik.

Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram".

X X X 

Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Əfqanıstan İslam Respublikasının bütün xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Yenidən Prezident seçilməyiniz dost və qardaş Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasətə olan etimadının və inamının təsdiqidir.

Əminəm ki, dost və qardaş Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yüksək inkişaf və tərəqqiyə nail olacaqdır. Əfqanıstan İslam Respublikası və Azərbaycan Respublikası arasında olan əlaqələr isə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizi bir daha parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm və Allahdan Sizə cansağlığı, Azərbaycan xalqına səadət və tərəqqi diləyirəm".

X X X

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə xalqınızın xoşbəxtliyi və rifahı naminə ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm.

Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün Sizinlə birlikdə çalışmağa tam hazır olduğumu bir daha bildirmək istəyirəm.

Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X 

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Əminəm ki, biz növbəti illərdə də xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində xalqlarımız və dövlətlərimiz arasında güclü əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X 

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı inkişaf və tərəqqi yolunda irəliləməyə davam edəcəkdir.

Pakistan ilə Azərbaycan arasında möhkəm dostluq münasibətləri mövcuddur. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf arzularımı çatdırıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

----------------
24.10.2013
17:58


Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin qələbəniz zəngin tarixə və sivilizasiyaya malik olan Azərbaycanda demokratiya institutlarının fəaliyyətini gücləndirəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə davamlı uğurlar arzu edirəm.

Beynəlxalq Olimpiya Akademiyası və şəxsən mən əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvarıq.

Sizə bir daha səmimi təbriklərimi və ən yüksək ehtiramımı çatdırıram".

--------
17:00

"KAZENERGY" Assosiasiyasının sədri Timur Kulibayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin.

Çoxsaylı yerli və xarici müşahidəçilər Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini yüksək qiymətləndirmişlər. Bu elektoral kampaniya həqiqətən Azərbaycanda tamamilə dinc və şəffaf şəraitdə keçmişdir.

Seçkilərdə Sizin inamlı qələbəniz çox ruhlandırıcıdır. Seçicilərin 85 faizə qədərinin Sizə səs verməsi Azərbaycan xalqının öz liderinə yekdil inamının təsdiqidir.

Azərbaycan vətəndaşları öz ölkəsi üçün sabitlik və inkişaf yolu seçmişlər. Respublikada real uğurlar məhz son on ildə, Sizin prezidentliyiniz dövründə qazanılmışdır. İqtisadiyyatın bütün sektorlarında baş verən dinamik dəyişikliklər əhalinin rifah səviyyəsini xeyli yüksəltməyə imkan vermişdir. Yeni iş yerləri açılır, yoxsulluğun və işsizliyin səviyyəsi dəfələrlə azalmışdır. Azərbaycan Cənubi Qafqaz regionunun hamı tərəfindən qəbul edilmiş iqtisadi və siyasi liderinə çevrilmişdir. Dünyanın aparıcı dövlətləri Sizin ölkənin fikri ilə hesablaşır.

Müasir Azərbaycanın bütün bu nailiyyətlərində mən Sizin əhəmiyyətli rolunuzu və xidmətinizi görürəm. Siz atanız möhtərəm Heydər Əliyevin böyük işinin layiqli davamçısısınız. Bu gün Siz Azərbaycan xalqı tərəfindən qəbul edilmiş, ölkəni tərəqqinin yeni zirvələrinə aparmağa, onu daha da inkişaf etdirməyə qadir olan lidersiniz.
Əziz İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Mənim təbriklərimi xanımınıza, Mehriban Arif qızına da çatdırmağınızı xahiş edirəm.

Sizə müvəffəqiyyət, cansağlığı, dövlətin inkişafı ilə bağlı qarşınızda duran bütün vəzifələri uğurla həyata keçirməyiniz üçün güc və enerji diləyirəm".

X X X

Rusiya Federasiyasının Xalq Artisti Yuri Lyubimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Sizin səyləriniz sayəsində çiçəklənən ölkəyə çevrilmiş Azərbaycan ən yüksək ehtirama layiqdir. Bu gün dünyanın bütün guşələrindən gələn insanlar Sizin ölkənizlə və onun mədəniyyəti ilə tanış olmağa çalışır. Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan daha yüksək rifaha nail olacaqdır.

Xalqınıza və ailənizə səmimi qəlbdən əmin-amanlıq və firavanlıq arzulayıram".

---------
16:14

Malayziyanın Baş naziri Dato Sri Mohd Najib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin rəhbərliyinə inam və etibarının göstəricisidir. Əminəm ki, Azərbaycan dövləti və xalqınız Sizin müdrik rəhbərliyiniz altında sülh və firavanlıq içində yaşamağa davam edəcəkdir.

Səmimi qəlbdən inanıram ki, qarşıdakı illərdə Azərbaycan ilə Malayziya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi naminə sıx əməkdaşlığımız davam edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edəsiniz".

X X X

Rumıniyanın sabiq Baş naziri, senator, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi sevinclə qarşıladım. Seçkilərdə əldə etdiyiniz parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının ölkənizin gələcəyinə siyasi baxışlarınıza göstərdiyi etimadın təsdiqidir.
Sizə ölkənizin mənafeyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan və Rumıniya uzunmüddətli iqtisadi, mədəni və siyasi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdan faydalanıb. İnanıram ki, Sizin rəhbərliyinizlə bu əlaqələr daha da inkişaf edəcək və biz əməkdaşlığımızı ortaq maraqlarımız üzərində davam etdirəcəyik. Ümidvaram ki, qarşıdakı illərdə də Sizinlə uğurla əməkdaşlıq edəcəyik.

Zati-aliləri, siyasi fəaliyyətinizdə və növbəti prezidentlik dövründə Sizə müvəffəqiyyətlər arzu edirəm".

X X X

Olqa Mstislavovna Rostropoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bu hadisə münasibətilə biz bütün Azərbaycan xalqını - Sizin sayənizdə və əlbəttə, atanız Heydər Əliyevin sayəsində dünyanın nüfuzlu və firavan dövlətlərindən birinə çevrilmiş ölkənin xalqını təbrik edirik.

Ölkələrimiz arasında tarix boyu həqiqətən səmimi dostluq münasibətləri olmuşdur və əminik ki, həmişə belə olacaqdır. Azərbaycan ən gözəl ölkələrdən biridir. Buraya bir dəfə gələnlər dönə-dönə gəlmək istəyirlər və çox əlamətdar haldır ki, burada ənənələr xüsusi diqqətlə qorunub saxlanılır, incəsənət tərəqqi edir.

Azərbaycanın bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, xoşbəxtlik arzulayırıq.

Hörmətli İlham Heydər oğlu, Moskvaya səfərlərinizin birində bizim Opera İfaçılığı Mərkəzinin fəxri qonağı olsanız, bunu özümüz üçün şərəf və xoşbəxtlik hesab edərik.
Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin və Mstislav Rostropoviç Fondunun bütün kollektivi adından dərin hörmətlə,

Olqa Mstislavovna Rostropoviç".

--------
13:56

Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Telefon danışığımızdan sonra istərdim ki, prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha Sizi səmimi qəlbdən təbrik edim.

Böyük məmnuniyyətlə qeyd edirəm ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrimiz Sizin prezidentliyiniz dövründə yeni mərhələyə qədəm qoymuşdur. Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı xüsusilə enerji və investisiya qoyuluşu sahələrində çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı ümumi siyasi iradəmizin ifadə edilməsi imkanımız oldu. Bu kontekstdə mən bir daha təkrar edirəm ki, "Şahdəniz" konsorsiumunun Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin seçimi ilə bağlı bu yaxınlarda verdiyi qərar ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması istiqamətində çox vacib addımdır.

Sizi əmin edirəm ki, Yunanıstan həm ikitərəfli qaydada, həm də Avropa İttifaqının üzvü kimi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrimizin dərinləşdirilməsi istiqamətində işi davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram".

---------
13:09


Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

-----------------
23.10.2013

17:15

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının idarə heyətinin sədri Bilal Dündar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycanın inkişafındakı böyük xidmətlərinizin qədir- qiymətini bilən uca xalqınızın böyük etimadı ilə yenidən Prezident seçilməyinizi bayram sevinci ilə qeyd edirik.

Qafqazın parlayan ulduzu olan Azərbaycanın daha da inkişafı üçün göstərdiyiniz səylərin davamlı olacağına ürəkdən inanırıq.

Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik, uzun ömür və uğurlar arzulayıram".

X X X

Krans Montana Forumunun təsisçisi və prezidenti Səfir Jan Pol Karteron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti kimi inaqurasiyanız münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Dünyanın bu qədər çətin vəziyyətdə olduğu bir dövrdə ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.

Əminəm ki, Azərbaycanı daha da inkişaf etdirmək işində yeni uğurlar qazanacaqsınız".

X X X

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyi adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin rəhbərliyinizlə Azərbaycanda siyasi sabitlik, davamlı iqtisadi inkişaf və sosial rifah kursu uğurla həyata keçirilmişdir.

Azərbaycanın ev sahibi olaraq, Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyinə dəstəyini və fəaliyyətimiz üçün hərtərəfli şərait yaratmasını çox yüksək qiymətləndiririk.

Zati-aliləri, ən yüksək ehtiramımı Sizə çatdırıram".

--------
16:03

Küveytin "Əl-Nəvadi Holding" şirkəti İdarə Heyətinin sədri və səlahiyyətli üzvü Şeyx Təlal Əli Abdullah Əl-Cabir Əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Zati-alilərinizə Allah-taaladan cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına və ölkənizə inkişaf və çiçəklənmə diləyirəm".

X X X

Sinqapur Respublikasının Prezidenti Toni Tan Ken Yam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Sinqapur xalqı adından və öz adımdan ən xoş arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Siz Azərbaycan Respublikasının Sinqapura səfər edən ilk dövlət başçısı olmusunuz. Ötən ilin noyabrında Sinqapura rəsmi səfəriniz zamanı ölkələrimizin inkişafı və geniş əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz olmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, Sizin bu səfəriniz ölkələrimizin rəsmiləri arasındakı əməkdaşlığa yeni təkan vermişdir.

Qeyd etmək istərdim ki, Sinqapurun "Keppel Offshore & Marine" şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə bu yaxınlarda Bakıda gəmiqayırma zavodunu istifadəyə vermişdir. Bu cür əməkdaşlıq ölkələrimiz arasında yüksək əlaqələrdən xəbər verir. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha böyük ticarət və investisiya imkanları yaradacaqdır.

Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan Respublikasına və xalqına isə sülh, xoşbəxtlik arzu edirəm".

--------
15:27

İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, Sizi inauqurasiya və Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edim.

Sizə gözəl ölkənizin rifahı naminə yeni uğurlar arzulayıram.

Əminəm ki, İsrail ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və yaxınlarınıza cansağlığı diləyirəm".

X X X

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə Federal Şurası adından təbriklərimi böyük məmnuniyyətlə Sizə çatdırıram. Ali dövləti vəzifənizdə Sizə yeni uğurlar, ölkənizə isə rifah və tərəqqi arzulayıram.

İsveçrə ölkələrimiz arasında təşəkkül tapmış yaxın dostluq əlaqələrini yüksək dəyərləndirir. Əminəm ki, hazırda mövcud yüksək səviyyəli münasibətlərimiz gələcəkdə daha da genişlənəcək və inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

"Atletiko de Madrid" Klubunun sədri Migel Anxel Xill Marin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə Sizi "Atletiko de Madrid" Futbol Klubu adından təbrik etmək istəyirik.

Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.

Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.

Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı.

Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq".

--------
13:41


Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da möhkəmlənəcəkdir".

X X X 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da güclənəcəkdir".

-----------------
22.10.2013
18:12


Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasone Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, cansağlığı, rifah və xalqınızı tərəqqiyə aparan yolda böyük uğurlar arzu edirəm.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri Sizin rəhbərliyinizlə həm ikitərəfli, həm də çoxtərəfli zəmində xalqlarımızın mənafeyi, həmçinin beynəlxalq sülh və əməkdaşlığın inkişafı naminə bundan sonra da güclənəcək və çiçəklənəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

Alman-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Forumu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu seçkinin nəticələri ilk növbədə Sizin əvvəlki prezidentlik dövrünüzdə Azərbaycanın iqtisadi və sosial inkişafına verdiyiniz böyük töhfənin təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının və Almaniyanın etibarlı və bərabərhüquqlu tərəfdaşıdır. Bu, ilk növbədə Sizin xidmətinizin nəticəsidir. Sizə gələcək ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Azərbaycan ilə Almaniya arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq son illərdə davamlı olaraq inkişaf etmişdir. Alman-Azərbaycan Forumu ölkələrimiz arasında əlaqələri vətəndaşların xeyrinə bundan sonra da təşviq etmək və genişləndirmək niyyətindədir. Bunun üçün növbəti illərdə də bir neçə layihə planlaşdırmışıq və onların həyata keçirilməsində, həmçinin Azərbaycan tərəfinin dəstəyinə ümid edirik. Belə layihələrdən biri də bizim Forumun dəvətinə əsasən Almaniyanın tanınmış şəxsiyyətlərinin 2014-cü ilin yazında Bakıya səfərinin təşkil edilməsidir. Əminik ki, bu səfər çərçivəsində Sizin tərəfinizdən qəbul edilmək bizə nəsib olacaqdır. Bu görüş bizim Azərbaycan ilə dostluğumuzu daha da möhkəmləndirəcəkdir.
Mən Azərbaycan Respublikasına və şəxsən Sizə ən xoş arzularımı çatdırıram".

X X X

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.
Bu fürsətdən istifadə edərək dost ölkələrimizi bir-birinə bağlayan xoş münasibətləri, onların hər iki ölkənin mənafeyi naminə müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş müştərək və davamlı səylərimizi qeyd etmək istərdim.
Zati-alinizə ən xoş arzularımı bildirir, Sizə cansağlığı və firavanlıq, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə diləyirəm. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul edin".

X X X

Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz dostum,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Azərbaycanın və xalqınızın mənafeyi naminə məsuliyyətli işinizdə Sizə uğurlar diləyirəm.
Azərbaycan Latviyanın Cənubi Qafqazda etibarlı və vacib tərəfdaşıdır. Ölkələrimiz arasında ikitərəfli dostluq, konstruktiv və qarşılıqlı dəstək əlaqələri mövcuddur. Əminəm ki, ali dövləti vəzifədə olduğunuz illərdə Latviya ilə Azərbaycan arasında tərəfdaşlıq iqtisadi əməkdaşlığın çiçəklənən və tərəqqi edən inkişafı üzərində qurulacaqdır.
Bu ilin aprelində Azərbaycana rəsmi səfərimi ən xoş təəssüratlarla xatırlayıram. Latviya ilə Azərbaycanın uğurlu əlaqələrindən məmnunam və ümid edirəm ki, ölkələrimizin müxtəlif təşkilatları arasındakı əməkdaşlıq, həmçinin şəxsi əlaqələrimiz növbəti illərdə də güclənəcəkdir.
Zati-aliləri, icazə verin, Riqanın Avropanın mədəniyyət paytaxtı seçiləcəyi 2014-cü ildə Sizin Latviyaya səfərinizlə bağlı səmimi dəvətimi bir daha təkrar edim. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

X X X

Yunanıstan Demokratik Alyans Partiyasının sədri, parlamentin deputatı Dora Bakoyannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim. Sizə möhkəm cansağlığı arzulayır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycan Yunanıstanın vacib tərəfdaşıdır. Enerji sahəsinin əsas oyunçuları olaraq bizim ortaq məqsədlərimiz və maraqlarımız vardır. Ümidvaram ki, yeni ideyalar və təşəbbüslərlə, həmçinin artıq razılaşdırılmış layihələrin uğurları ilə ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək, münasibətlərimiz və əməkdaşlığımız möhkəmlənəcəkdir.
Afinada və ya Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Ən səmimi təbriklərimi və ehtiramımı qəbul edin".


X X X

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqorats Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırım.
Seçkilərdə qazandığınız parlaq qələbə Sizin xalq arasındakı yüksək nüfuzunuzu bir daha təsdiqlədi. Sizin adınız Azərbaycanın sürətli iqtisadi inkişafı və xalqın rifahının yüksəlməsi ilə ayrılmaz şəkildə bağlıdır. Sizin şəksiz liderliyinizlə beynəlxalq arenada böyük nüfuz qazanan Azərbaycan demokratik cəmiyyət kimi inkişaf edir.
Serbiya və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə də inkişaf edəcəyinə və çiçəklənəcəyinə əminəm. Fürsətdən istifadə edərək hökumətinizin Azərbaycan və Serbiya arasındakı iqtisadi əlaqələrin inkişafında fəal rol oynayan Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasına göstərdiyi davamlı dəstəyə və yardıma görə Sizə öz təşəkkürümü bildirmək istərdim.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram! Əminəm ki, Sizin səyləriniz bundan sonra da Azərbaycanın hərtərəfli inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcəkdir".

--------
15:39


Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar, yeni qələbələr və zəfərlər arzulayıram. Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, SSRİ Uşaq Fondunun əsasını qoyanlardan biri olmuş Heydər Əliyevin müqəddəs xatirəsinə ehtiram bəsləyir, onun ənənələrini davam etdiririk. Sizin ölkənin ən qədim xeyriyyə fondu, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvü olan Azərbaycan Uşaq Fondu ilə bizi ümumi xeyirxah işlər bağlayır. Əminik ki, uşaqlarımızın rifahı naminə sıx əməkdaşlığımız bundan sonra da davam edəcəkdir".


X X X

Fransanın "Total" şirkətinin rəhbəri Kristof de Marjeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Uzun illərdən bəri qurduğumuz etibarlı əlaqələri gələcək illərdə də inkişaf etdirə biləcəyimizdən çox şadam. Ölkənizin iqtisadi inkişafını davam etdirmək, xüsusilə, neft və qaz sahəsində və həmçinin əvvəlki prezidentliyiniz dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətinizdə Sizə uğurlar arzulayıram.
Ümidvaram ki, Sizinlə tezliklə görüşəcək və Zati-alinizi şəxsən təbrik edəcəyəm.
Cənab Prezident, "Total" şirkəti adından və şəxsən öz adımdan Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzu edirəm".

X X X

Yaponiya Nazirlər Kabinetinin xüsusi məsələlər üzrə naziri, iqtisadi dirçəliş naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Akira Amari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Diplomatik münasibətlərin qurulmasının artıq 21-ci ildönümünü qeyd etmiş ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin Zati-alilərinizin səyləri nəticəsində daha yüksək mərhələyə çatmasını arzu edirəm.
2004-cü ilin avqustunda Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun digər üzvləri ilə birlikdə ölkənizə səfərimizi, Zati-alinizlə görüşümüzü daim xatırlayıram. 1998-ci ildə parlamentlərarası dostluq qrupunun yaranmasından bəri davamlı olaraq Azərbaycan ilə münasibətlərin irəliləməsinə çalışmış bir şəxs kimi ötən 10 il ərzində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin sabit inkişafından çox məmnunam.
Biz, Yaponiya parlamentinin üzvləri də əmin edirik ki, dövlətinizin inkişafı və ölkələrimiz arasında münasibətlərin intensivləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Zati-alilərinizi bir daha təbrik edir, Sizinlə yenidən görüşmək arzusunda olduğumuzu bildiririk".

X X X

Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilərək Konstitusiyaya və Qurani-Şərifə and içməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan və möhkəm cansağlığı, xoşbəxtlik arzularımı yetirməkdən məmnunluq hissi duyuram. Dost xalqınızın nail olmaq istədiyi inkişaf və çiçəklənmə kimi amalların reallaşdırılması naminə üzərinizə düşən vəzifənin yerinə yetirilməsində və təşəbbüslərinizin həyata keçməsində Sizə Uca və Qadir Allahdan müvəffəqiyyət diləyirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Əl Nəhyanın və Sizin rəhbərliyiniz altında məmləkətlərimizə və xalqlarımıza faydalı olacaq bir şəkildə daha da genişlənməsini arzulayıram".

---------
12:59


Yaponiyanın Baş naziri Şinzo Abe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ümidvaram ki, ölkəniz Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcək, Qafqaz regionunda sabitlik və tərəqqinin əsası olacaqdır.

Əminəm ki, ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri bundan sonra daha da güclənəcək, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində, regionlararası mübadilə və digər müxtəlif istiqamətlərdə əlaqələr inkişaf edəcəkdir. Yaponiya Azərbaycana tərəqqi yolunda dəstək olmuşdur. Həmçinin mən də Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəyəm.

Zati-alilərinizə cansağlığı və Azərbaycan xalqına firavanlıq arzu edirəm".

X X X 

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı faydası və tərəqqisinə verdiyiniz önəm sayəsində münasibətlərimiz bundan sonra da möhkəmlənəcəkdir.
İkitərəfli münasibətlərimizin yeni dövrü iqtisadi sahədə ilkin real nəticələrini vermişdir. Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu potensial ikitərəfli münasibətlərimizin tam spektrinin əhatə edilməsi üçün daha da güclənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqının tərəqqisi və rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".

X X X 

Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və andiçmə mərasimi ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğumu bildirir və əməkdaşlığımızın hərtərəfli inkişafına ümid edirəm. Bildirirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın sıxlaşması istiqamətində Polşa Respublikası öz töhfəsini verməyə hazırdır.

2011-ci ildə Bakıya səfərimi məmnuniyyətlə xatırlayaraq, cənab Prezident, Sizi gələn il Polşaya səfərə dəvət edirəm. Əminəm ki, bu səfəriniz ölkələrimiz arasında, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlığa yeni təkan verəcəkdir. Cənab Prezident, səfərin tarixinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsini təklif edirəm.

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına cansağlığı və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".

-----------------
21.10.2013

19:08

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram, sədaqətli xalqınıza daha yaxşı xidmət etmək, ölkənizi tərəqqiyə və çiçəklənməyə aparmaq səylərinizdə Sizə uğurlar arzu edirəm.

Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

---------
17:25

Serbiyanın müftisi Muhamed Yusufspahiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və parlaq qələbə qazanmağınız münasibətilə Sizi təbrik etmək çox xoşdur. Azərbaycan xalqı bununla uğurlu gələcəyin və inkişafın ən yaxşı yolunu seçmişdir.

Biz Allaha ölkənizin davamlı inkişafı və daha yüksək nailiyyətlər qazanması üçün Sizə güc verməsini dua edirik.

Fürsətdən istifadə edərək Belqradda məscidin yenidən bərpası üçün göstərdiyiniz diqqətə görə Sizə bir daha təşəkkür edirik.

Bu xeyirxah əməllərinizə görə Allah-Taala Sizə ən gözəl fəzilətləri nəsib etsin".

X X X

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Əminəm ki, Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri iki ölkənin xalqlarının arzularına uyğun olaraq bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib ölkənizin firavanlığı və xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram".

X X X

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Andrey Kondakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) adından təbrik etməkdən qürur duyuram.

Azərbaycan 1999-cu ildən QDTİB-in ilk əməliyyatlarından etibarən bankın strategiyasının hazırlanması və əməli fəaliyyətinin həyata keçirilməsində fəal iştirak edən dəyərli səhmdar olmuşdur. 2007-ci ildə hökumətinizin QDİTB-dəki kapitalını 2 faizdən 5 faizə qaldırması barədə qərarı Azərbaycanın banka və onun regionun inkişafındakı roluna olan inamını əks etdirir. Sizi əmin edirəm ki, QDİTB regionun ən sürətlə tərəqqi edən iqtisadiyyatına malik Azərbaycanın inkişaf proqramını dəstəkləməyə davam edəcəkdir".


X X X

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə Sizin inamlı qələbəniz ölkənin sosial-iqtisadi rifahının möhkəmlənməsi və onun beynəlxalq aləmdə nüfuzunun artması işində xidmətlərinizin Azərbaycan xalqı tərəfindən bəyənildiyini əyani surətdə təsdiq edir.

Həyatın bütün sahələrində Azərbaycanın uğurları şəksizdir. Respublika beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha böyük və nəzərəçarpacaq rol oynamaqla bərabər, özünəməxsus milli dəyərləri qoruyub saxlayır. Himayədarlıq etdiyiniz Bakı Humanitar Forumunun dünyanın hər yerindən qabaqcıl elm və mədəniyyət xadimlərinin qarşılıqlı əlaqə saxladıqları məkan kimi artmaqda olan əhəmiyyətini vurğulamaq xüsusilə xoşdur.

İcazə verin, Sizə ən xoş arzularımı, vətəndaşlarınızın rifahı, habelə Azərbaycanın inkişafı və möhkəmlənməsi naminə ali dövləti vəzifənizdə yeni uğurlar dilədiyimi bildirim".

X X X

Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Xaleyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin növbəti dəfə bu ali vəzifəyə seçilməyiniz qazandığınız yüksək nüfuzun Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin təsdiqidir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasında sabitliyə və iqtisadi inkişafa şərait yaradacaqdır.

Moskva Dövlət Linqvistika Universitetinin kollektivi Sizi Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirir. Təhsil sahəsində humanitar əməkdaşlığa çox cəhətdən Sizin səyləriniz sayəsində yeni ruh gəlmişdir. Bunun nəticəsində Azərbaycan ali məktəbləri ilə sıx və səmərəli əlaqələr yaranmışdır.

Ümid edirik ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mədəniyyətləri və konfessiyaları arasında yaranmış konstruktiv dialoq ikitərəfli ali məktəblərarası qarşılıqlı əlaqələrin dərinləşməsinə və genişlənməsinə çox kömək edəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə yeni zəfərlər arzulayırıq".

--------
16:58

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Paralimpiya Komitəsinin adından təbrik etmək istərdim.

Əminik ki, Fəxri Paralimpiya mükafatçısı kimi Sizin Azərbaycan Milli Paralimpiya Komitəsinə və idmançılara verdiyiniz dəstək bundan sonra da davam edəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyir, ən xoş arzularımı çatdırıram".

X X X

Hindistan Respublikasının Prezidenti Pranab Mukherci Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin siyasətinizə və rəhbərliyinizə olan inamının göstəricisidir.

Hindistan ilə Azərbaycan arasında möhkəm tarixi və mədəni əlaqələrə söykənən dostluq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələri gücləndirmək, ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün birgə səylərimizi davam edəcəyik.

Dost Azərbaycan xalqının rifahı və çiçəklənməsi üçün bütün səylərinizdə Sizə uğurlar arzu edirəm.

Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul edin".

X X X

Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq nazir Rəşidə Dati Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu seçkilərin nəticəsi ölkəniz üçün gördüyünüz böyük işlərə, o cümlədən, işsizliyə qarşı apardığınız uğurlu mübarizəyə, habelə təqaüdlərin və sosial yardımların artırılmasına, təhsilə və səhiyyəyə yönəldilən sərmayələrə və digər uğurlu sosial islahatlara, həmçinin mədəni irsinizin qorunmasında əldə etdiyiniz nailiyyətlərə görə ölkənizin əhalisi tərəfindən Sizin fəaliyyətinizin yüksək qiymətləndirilməsidir.

Artıq Azərbaycan dünyada özünü nüfuzlu bir ölkə kimi təsdiq edib. Azərbaycan dünyanın turizm və nüfuzlu mədəniyyət mərkəzlərindən birinə çevrilib. Ölkənizin beynəlxalq aləmdə nüfuzunun artmasında Azərbaycan Respublikasının birinci xanımı Zati-aliləri Mehriban Əliyevanın da mühüm rolunu vurğulamaq istərdim.

Sahibkarlığın dəstəklənməsi siyasətinizə, iqtisadi və maliyyə dinamikasına görə Sizin ölkəniz xarici sərmayələr üçün də çox cəlbedicidir.

Azərbaycan Mərkəzi Asiya regionu ölkələrinin iqtisadi lideridir. Azərbaycan əhalisinin rifahının daha da yaxşılaşdırılması üçün Sizin həyata keçirdiyiniz iqtisadi şaxələndirmə, sərmayələrin kənd təsərrüfatı və nəqliyyat kimi mühüm sektorlara yönəldilməsi siyasətiniz çox vacib məsələlərdən biridir.

Azərbaycan Fransanın və Avropa İttifaqının mühüm strateji tərəfdaşıdır.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

X X X

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bp-Azərbaycan şirkətinin rəhbərliyi və işçi heyəti adından Sizə ən xoş arzularımı çatdırım.
Cənab Prezident, bp-Azərbaycan şirkəti olaraq Sizə Azərbaycan xalqının rifahının daha da yüksəlməsi və ölkə iqtisadiyyatının sürətli inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Fürsətdən istifadə edərək şirkətimizin bu regiondakı fəaliyyətinə daim dəstək verdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirəm ki, bp şirkəti Azərbaycanda neft və qaz sənayesinin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.

Zati-aliləri, bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

---------
15:27

Fransanın Ron-Alp regionunun Drom vilayətinin senatoru, Ron-Alp regionunun turizm bölməsinin prezidenti, Drom vilayətinin enerji məsələləri üzrə birliyinin prezidenti Senator Jan Besson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident!

Biz Sizin ölkənizdə keçirilən prezident seçkilərini çox diqqətlə izlədik. Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizdən çox şad olduq.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı və parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Fransanın Ron-Alp regionunun turizm bölməsinin prezidenti kimi bir daha təsdiq etmək istərdim ki, son aylar ərzində dağ turizmi sahəsində Sizin ölkə ilə bizim region arasında başladığımız əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq.

Cənab Prezident, əminəm ki, ikitərəfli əməkdaşlığımız davam və inkişaf edəcəkdir. Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

X X X

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbə Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini, dövlətin və cəmiyyətin davamlı inkişafının, habelə dünya birliyində ölkənin layiqli yerinin təmin edilməsində yüksək xidmətlərinizin etiraf olunmasını bir daha nümayiş etdirdi.

Siz haqlı olaraq həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin ən parlaq simalarından birisiniz, regionun ən mühüm problemlərinin həllində Sizin fikriniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır.

Biz dağıstanlılar Sizin qələbə sevincinizə şərik çıxır, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycana sabitlik və firavanlıq arzulayırıq".

---------
14:36

bp şirkətinin icraçı direktoru Robert Dadli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bp şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz bp şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin - neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq.

Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm.
Sizə ən xoş arzularımı bildirirəm".

----------
13:17


Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Bu xoş fürsətdən istifadə edərək Slovakiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı marağa, o cümlədən iqtisadi-ticari sahələrdə faydaya söykənən əməkdaşlığı davam etdirməyə maraq göstərdiyini təsdiq etmək istəyirəm.
Zati-aliləri, Sizə cansağlığı, ölkənizin və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

-----------------
19.10.2013

17:46

Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası Direktorlar Şurasının sədri və Baş İcraçı Heinz Helmut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"
Zati-aliləri cənab Prezident,

Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə 45 ölkənin təmsil olunduğu Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası adından səmimi təbriklərimi Sizə çatdırmağı özüm üçün şərəf hesab edirəm.
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Azərbaycan ilə Avropa ölkələri arasındakı əlaqələrin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının gələcək inkişafı naminə ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirik".

----------
16:05


Qafqaz Xalqları Ali Dini Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Qafqazın din xadimləri və dindarları adından təbrik edək. Aralarında ölkənin bütün ənənəvi konfessiyalarına mənsub dindarların da olduğu seçicilərin əksəriyyəti tərəfindən Sizə göstərilmiş dəstək çoxmillətli Azərbaycan xalqının öz liderinə yüksək münasibətini yenidən təsdiqlədi.

Seçkilərin nəticələri sübut etdi ki, insanlar Azərbaycan Respublikasının həyatında çox cəhətdən Sizin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sadiqliyiniz sayəsində baş vermiş müsbət dəyişiklikləri layiqincə qiymətləndirirlər. Azərbaycan xalqı qazanılmış nailiyyətləri artırmağa, mənəvi kamilləşmə və dirçəlişə, Vətənin davamlı inkişafına imkan verən düzgün seçim etdi. Biz şahidik ki, Azərbaycanda xalqın mənəviyyatının möhtəşəm abidələri - məscidlər və ziyarətgahlar şəxsən Sizin rəhbərliyinizlə bərpa edilib xalqa xidmət üçün ona qaytarılır.

Bizi sevindirən budur ki, mehriban qonşular olan iki ölkə - dünya birliyinə inteqrasiya etmiş böyük iqtisadi potensiala malik olan və müasir ictimai model qurmuş Azərbaycan və Rusiya dövlətləri vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq onların mənəvi həyatı üçün hər cür zəruri şərait yaradır. Bütün bunlar, habelə xalqlarımızın çoxəsrlik tolerantlıq ənənələri, konfessiyalararası dialoq və multikulturalizm işinə onların töhfəsi bizim dövlətlərə və ölkələrimizin rəhbərlərinə beynəlxalq nüfuz qazandırmış, Ulu Tanrı onlara xeyir-dua vermişdir. Biz, dini liderlər də öz növbəmizdə xalqlarımız arasında sülh və həmrəylik naminə dövlətlərimizin başçıları tərəfindən göstərilən səyləri dəstəkləyirik.

Əminik ki, Sizin bütün ənənəvi dinlərə, o cümlədən islam ənənələrinə ehtiramınız, islamofobiya təzahürlərinə qarşı bütün İslam dünyasında dərin hörmət qazanmış qətiyyətli çıxışlarınız konfessiyalararası dialoqun və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi işinə sanballı töhfə olacaqdır.

Biz bilirik ki, hazırda müqəddəs Həcc ziyarətində olan Azərbaycan müsəlmanları ziyarət ərəfəsində sabitliyin və Vətənin inkişafının, onların dini azadlıqlarının qarantı kimi Sizə səs vermişlər. Sizin əməli işlərdə təcəssüm tapmış, xoş sorağı Azərbaycanın hüdudlarını çoxdan keçmiş ölkənin gələcəyi barədə baxışlarınız budəfəki uğurunuzda böyük rol oynamışdır. Biz din xadimlərini xüsusilə sevindirən odur ki, bu işlər arasında mənəviyyata, dini abidələrə qayğı, dindarların ehtiyaclarına həssas münasibət mühüm yer tutur. Sizin Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması ideyasını dəstəkləməyinizi yüksək qiymətləndiririk. Şübhə yoxdur ki, bu fond təkcə Azərbaycanda və MDB məkanında deyil, onların hüdudlarından kənarda da mənəviyyatın inkişafında mühüm rol oynayacaqdır. Bütün bunlara, habelə Sizin sözlərinizin işlərinizlə bir olmasına görə Sizə təşəkkür edirik, Sizinlə görüşləri həmişə səbirsizliklə gözləyirik. Bu görüşlərin hər biri bizi Rusiya və Azərbaycan xalqlarının mənəvi əlaqələrinin möhkəmləndirilməsi işinə xidmət etməyə ruhlandırır.

Biz din xadimləri regionda həqiqi mənəvi və əxlaqi idealların, əsrlər boyu ümumi evimiz olan Qafqazın əsasını təşkil edən dəyişməz dəyərlərin bərqərar olması naminə bundan sonra da bizdən asılı olan hər şeyi edəcəyik.

Tanrı Sizə kömək olsun və ali dövləti fəaliyyətinizdə mərhəmətini Sizdən əsirgəməsin! Amin!

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Sultan Mirzəyev
Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini
Çeçenistan Respublikasının müftisi

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:
İsmayıl Berdiyev
Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi

Aleksandr İşein
Bakı və Azərbaycan arxiyepiskopu

İsa Xamxoyev
İnquşetiya Respublikasının müftisi

Əhməd Abdullayev
Dağıstan Respublikasının müftisi

Həzrətəli Dzasejev
Kabardin-Balkar Respublikasının müftisi

Hacımurad Qatsalov
Şimali Osetiya-Alaniya Respublikasının müftisi

Sultanəhməd Karalayev
Kalmık Respublikasının müftisi

Şafiq Pşixaçev
Beynəlxalq İslam Missiyasının prezidenti, Şimali Qafqaz
Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü

Şərafutdin Çoçayev
İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru

Nurbi Yemij
Qafqaz Xalqları Ali Dini Şurasının üzvü".

X X X

Moldova Respublikasının sabiq prezidenti (2001-2009-cu illər), Moldova Respublikasının Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Vladimir Voronin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermədə qazandığınız yüksək nəticə ölkə vətəndaşlarının şəxsən Sizə və Prezident vəzifəsində işinizə ən yüksək etimadın şəksiz sübutudur. Bu, Sizin həyata keçirdiyiniz dəyişikliklərin son dərəcə səmərəli olduğunu göstərir, Azərbaycanın inkişaf və tərəqqi yolu ilə bundan sonra da inamla irəliləməsi üçün etibarlı zəmin yaradır.

İcazə verin, Sizə bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlar diləyim. Əminəm ki, xalqın mütləq dəstəyi hər bir təşəbbüsünüzdə Sizin köməyiniz olacaqdır.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

X X X

Türkiyənin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyasının sədri Şuayip Özcan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezidentim,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizdən çox məmnun qaldığımızı bildirirəm.

Siz qardaş Azərbaycanın inkişafına və türk dünyasının birliyinə böyük töhfələr vermisiniz. Sizin bu xidmətləriniz bizi qürurlandırır. Azərbaycanın da üzvü olduğu on bir dövlətin türk müəllim qurumlarının əsas təşkilatı olan Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyası adından Sizi təbrik edirik.

Hörmətli Prezidentim, əminik ki, Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır. Bu, bizim sevincimizə sevinc qatacaq, türk dünyası isə birlik və bütövlüyünü gücləndirərək iri addımlarla yoluna davam edəcəkdir.
Bu amallar naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayır və "Yolunuz açıq olsun!" deyirəm. Allah-Taaladan arzu edirəm ki, prezident seçkilərində inamlı qələbəniz türk dünyası və qardaş Azərbaycan üçün xeyirli olsun".

--------
15:18

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti Qabriel Valentin Komanesku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun adından ən səmimi təbriklərimi çatdırıram.

Prezident seçkilərində qazandığınız inamlı qələbə Sizin həm ölkə daxilində, həm də ölkənizin geosiyasi əhəmiyyətinə görə beynəlxalq aləmdə nüfuzunuzu bir daha təsdiqləmişdir. Ardıcıl surətdə həyata keçirilmiş siyasət və layihələr nəticəsində Siz qələbəniz üçün əsaslı təməl yaratmısınız.

Qara dəniz və Xəzər dənizi regionu ölkələri arasında mövcud olan iqtisadi əlaqələrin Sizin yeni prezidentliyiniz dövrünə daha da möhkəmlənib inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında mövcud tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verəcəyimə və əlimdən gələni edəcəyimə əmin olun.

Zati-aliləri, ən yüksək ehtiramımı Sizə çatdırıram".

X X X

1990-1997-ci illərdə Bolqarıstan Prezidenti Jelyu Jelev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Biz hamımız planetdə demokratiyanın, tolerantlığın və ədalətin təntənəsi uğrunda mübarizəmizi davam etdirəcəyik.

Xalqınıza xoş günlər və firavanlıq, Sizə və ailənizə cansağlığı, rifah arzu edirəm!"

X X X

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti adından səmimi qəlbdən təbrik edim. Cəmiyyətimizin əsas məqsədi və fəaliyyəti xalqlarımız arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirməkdir.

Cəmiyyətin adından və şəxsən öz adımdan Sizə Azərbaycan Respublikasının rifahı və çiçəklənməsi naminə ölkənizə bundan sonra da müvəffəqiyyətlə rəhbərlik etməyi arzulayıram".

X X X

"LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin böyük siyasi nüfuzunuzu və apardığınız kursun ölkə əhalisi tərəfindən dəstəkləndiyini təsdiq edir.

Sizin rəhbərliyinizlə Azərbaycanın dinamik sosial inkişafının təmin olunmasına, əhalinin həyat keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün iqtisadiyyata iri sərmayələrin cəlb edilməsinə yönəlmiş dəyişikliklər uğurla davam edir. Xarici ölkələrlə ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir.

Fürsətdən istifadə edərək Azərbaycanda "LUKoyl" ASC-nin fəaliyyətinin dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı daim inkişaf etdirmək əzmindəyik.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ürəkdən möhkəm cansağlığı, səadət, habelə çoxşaxəli və məsul fəaliyyətinizdə daha böyük uğurlar arzulayım".

---------
14:08

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı iki ölkənin maraqları, həmçinin sülh, əmin-amanlıq və firavanlıq naminə davam edəcəkdir.

Səmərəli dialoqun dəstəklənməsi naminə Sizi 2014-cü ildə münasib bildiyiniz vaxtda Bolqarıstana səfərə dəvət edirəm. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri çərçivəsində xalqlarımızın rifahı naminə Sizinlə əhəmiyyətli məsələləri müzakirə edə bilərik.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

--------
12:51

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ötən illər ərzində Azərbaycan xalqı Sizin rəhbərliyinizlə milli inkişafda böyük uğurlar əldə etmişdir. Yeni dövrə nəzər salsaq regionda və dünyada sülhün, əməkdaşlığın və inkişafın qorunub saxlanmasına töhfə verməklə çiçəklənən dövlətin qurulması istiqamətində ölkənizin daha böyük uğurlar qazanacağına əminəm.

İkitərəfli ənənəvi dostluq münasibətlərini gücləndirmək üçün Zati-alinizi 2014-cü ildə Sizə münasib bir vaxtda Vyetnama rəsmi səfərinizdə salamlamağı səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər Vyetnam-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlarımıza uyğun olaraq daya yüksək səviyyəyə çatmasında çox mühüm rol oynayacaqdır.

Fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

----------------
18.10.2013

19:52

ABŞ-dakı "Caspian Group Holdings" MMC-nin prezidenti, fəlsəfə elmləri doktoru Sohrab Sobhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqı Sizin rəhbərliyinizlə sabitliyin, davamlı inkişafın və rifahın həmişə şahidi olub. Əminəm ki, Azərbaycanı Sizin rəhbərliyinizlə ən xoş günlər gözləyir.
Allah Sizi, ailənizi və Azərbaycanın böyük xalqını qorusun".

---------
17:39


Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm.

Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Əminəm ki, ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləməkdə davam edəcəklər. Bir amerikalı kimi mən Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm.

Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimizi Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərar daha da gücləndirmişdir. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.

Bizim ortaq dəyərlərimizə müxtəliflik, tolerantlıq, azlıqlara və insan hüquqlarına hörmət də daxildir. Bunlar hər bir demokratik sistemin fundamental əsaslarıdır.

Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram".

X X X

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və böyük nüfuza malik ölkənizdə sülh və əmin-amanlığa gətirib çıxarmış nailiyyətlərin davamlı olmasını arzulayıram.

Prezident seçkilərinin nəticələri Zati-alinizin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara xalqınızın inam və etibarını bir daha təsdiq edir.

Hörmətli cənab Prezident, Sizin bütün səylərinizin bundan sonra da uğurlu olmasını arzu edirəm.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

X X X

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Eyni zamanda, bildirmək istəyirəm ki, bu ilin aprel ayında ölkənizə səfərim zamanı sizinlə görüşmək mənim üçün böyük şərəf oldu. Ümidvaram ki, Siz də yaxın gələcəkdə Uruqvaya səfər edəcəksiniz.

Cənab Prezident, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".

X X X

Kolumbiya Respublikasının senatoru Alexandra Morena Pirakive Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati Aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Azərbaycanı yaxından tanıdığım üçün ölkənizin Sizin rəhbərliyinizlə qazandığı uğurları daim izləyirəm. Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi təbrik edir, qardaş Azərbaycan xalqına davamlı tərəqqi arzulayıram.

Öz adımdan və Senatın II Komitəsinin senatorları adından əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızın və parlament diplomatiyamızın inkişafına sadiq qalacağıq.
Zati-aliləri, Sizə xoş arzularımı və ehtiramımı çatdırıram".

---------
17:07

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri - Enrike Akkorsi Opazo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan Zati-alilərinə yeni prezidentliyiniz dövründə böyük nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə qazandığınız parlaq qələbə münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

X X X

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ötən prezidentliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etmiş, xalqın rifahı yüksəlmişdir.

Sizin hakimiyyətiniz Azərbaycana sabitlik və hətta dünya iqtisadi böhranının da təsir edə bilmədiyi iqtisadi inkişaf bəxş etmişdir. Belə mürəkkəb dövrdə bu, heç də asan iş deyildir. Amma Sizin hökumətinizin uğurlu siyasəti ölkədə regiona nümunə ola biləcək rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olmuşdur. Mən Sizin karbohidrogen sənayesini şaxələndirməyə, informasiya texnologiyaları və telekommunikasiya kimi gələcəyin sənaye sahələrinin inkişafına yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Hökuməti arasındakı əlaqələrə böyük dəyər verdiyimi, aktual məsələləri və vacib problemləri müzakirə etmək üçün Sizi illik iclaslarımızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istərdim.
Yanvarda Sizi Davosda səbirsizliklə gözləyirəm".

X X X

Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri Hvanq Vu Ye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yeni Hüdud Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Prezident seçkilərində parlaq qələbəniz Sizin ölkəyə uğurlu rəhbərliyinizə və dövlət idarəçiliyi təcrübənizə Azərbaycan xalqının inamının təsdiqidir.

Yeni Hüdud Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələr uğurla davam edir. Mən Sizin bundan əvvəlki prezidentliyiniz dövründə münasibətlərimizin sürətli inkişafını yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın və Yeni Azərbaycan Partiyasının davamlı inkişafını səmimi qəlbdən arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

X X X

Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Fransa-Azərbaycan Ticarət Palatası adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Ölkənizin iqtisadi, sosial və siyasi inkişafını davam etdirdiyinizə və sürətləndirdiyinizə görə Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi.

Sizin rəhbərliyinizlə ölkənizin iqtisadi inkişafını Fransa-Azərbaycan Ticarət Palatası diqqətlə izləyir.

Əminik ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı olacaq, işğal altındakı əraziləriniz sülh yolu ilə azad ediləcək, ölkənizdə əmin-amanlıq və sabitlik daha da möhkəmlənəcəkdir.
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu sayəsində iqtisadi əlaqələrimiz xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etmiş və möhkəmlənmişdir".


X X X

Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri Qabor Vona və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı qəbul edin.
Seçkilərdə parlaq qələbəniz xalqın marağına uyğun olaraq Sizin ölkəyə davamlı sabitlik və iqtisadi dirçəliş gətirən siyasi proqramınıza Azərbaycan xalqının göstərdiyi etimadın təsdiqidir.

Həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ölkənizə uğur qazandırmaq üçün göstərdiyiniz səylərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Fürsətdən istifadə edərək ən dərin ehtiramımızı bildiririk".

X X X

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Çox hörmətli İlham Heydər oğlu!

Rusiya Müftilər Şurası, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsi adından və şəxsən öz adımdan Sizə yüksək hörmət və ehtiramımı bildirirəm. Prezident seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz ölkənizin vətəndaşları arasında yüksək etimadınızı və şəksiz nüfuzunuzu təsdiq edir. Əminəm ki, Sizin qələbəni Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursunuzu hərtərəfli dəstəkləməsi təmin etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz güc və enerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də Sizin ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim".

X X X

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik etməkdən xoşbəxtəm. Azərbaycan xalqı Sizi praktiki olaraq yekdilliklə öz rəhbəri seçmişdir. Bu, təəccüblü deyil, çünki Siz dünyada çox yüksək nüfuz sahibi olan görkəmli siyasi xadim, öz siyasi fəaliyyətilə 1990-cı illərin əvvəlində Azərbaycanı ağır siyasi böhrandan çıxarmış atanızın işinin layiqli davamçısısınız. Müasir dövrün nəhəng siyasi lideri olmuş Heydər Əlirza oğlu Əliyev dünyanın iyirmi ən güclü siyasətçisi sırasına daxil idi. O, respublikanı yenilənmə yoluna qaytarmaq və onun resurslarını inkişaf etdirmək üçün ən zəruri tədbirlər görmüşdür. Bu gün Siz onun işini layiqincə davam etdirirsiniz. Mən Sizin gözəl respublikanızı, Bakını çox sevirəm. Bakı ilə bağlı yaradıcı əlaqələrim və çox fərəhli xatirələrim vardır.

Ölkənizə firavanlıq arzulayıram. Qoy nikbinlik, səbir və quruculuq enerjisi heç vaxt tükənməsin. Qoy Sizin bütün planlarınız və niyyətləriniz uğurla həyata keçsin, həmfikirlərinizin əhatə dairəsi genişlənsin.

Sizin gözəl, böyük və səmimi ailənizə ən xoş arzularımı bildirirəm".

X X X

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Səfir Şamil Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi olaraq, iki uğurlu prezidentlik müddətindən sonra Azərbaycan xalqının üçüncü dəfə Sizə yüksək etimad göstərərək yenidən Prezident seçməsi münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq və şərəf duyuram. Bu, Sizin liderliyinizin və demokratiyaya möhkəm bağlılığınızın bariz təsdiqidir.

Azərbaycan böyük gələcəyi, potensialı, strateji cəhətdən vacib, zəngin təbii sərvətləri və istedadlı xalqı olan ölkədir. Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, regional səviyyədə tərəqqi və inkişaf amili hesab olunur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal və konstruktiv rol oynayacaqdır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatında Zati-alinizin dəstək və tövsiyələrinə həmişə ümid bəsləyirik.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayım".

X X X

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, ilk növbədə 2013-cü il oktyabrın 31-dən noyabrın 1-dək Bakı şəhərində keçiriləcək Üçüncü Beynəlxalq Humanitar Foruma məni dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirim.

Fürsətdən istifadə edib Sizi prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da xalqın rifahının yüksəlməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artması yolu ilə irəliləyərək yüksək iqtisadi göstəricilər və davamlı inkişaf sürəti nümayiş etdirəcəkdir".

--------
13:46


Mərakeş Kralı VI Mohammed Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı bildirir, Sizə cansağlığı və xoşbəxtlik, müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyirəm.

Mən fürsətdən istifadə edib bir İslam ümməti olaraq, ölkələrimiz arasında qardaşlıq əlaqələrinə və qarşılıqlı ehtiramımıza nə qədər yüksək dəyər verdiyimi, gələcəkdə qarşılıqlı maraqlara xidmət məqsədi ilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməkdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Zati-aliləri, bir daha Sizi səmimi qəlbdən təbrik edir, ehtiramımı bildirirəm".


X X X 

Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə dost Azərbaycan xalqının tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafının şahidi olacağıq".

----------------
17.10.2013
19:40

Macarıstan Respublikasının Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.

Azərbaycan son on ildə böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir. Əminəm ki, bizim intensiv əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

--------
19:14

Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda və Suxumi-Abxaziya mitropoliti II İliya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu, onu təsdiq edir ki, Siz insanların etimadını və sevgisini qazanmısınız.

Düşünürük ki, dövlət idarəçiliyi işində Sizin böyük təcrübəniz bundan sonra da Cənubi Qafqazda sülhün və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirik".

X X X

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Seçkilərin nəticələri Sizin həyata keçirdiyiniz islahatların Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Prezident seçkilərində qələbəniz dost Azərbaycanın modernləşmə və demokratikləşmə yolunda irəliləyişini davam etdirmək üçün Sizə mandat verir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Bolqarıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişafını davam edəcəkdir. Bu gün energetika və iqtisadiyyat sahəsində əlaqələrimiz bizim dostcasına münasibətlərimizin, habelə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin əsasını təşkil edir. Əminəm ki, mədəniyyət, elm və təhsil sahələrində, sosial sahədə, xalqlarımız arasında birbaşa əlaqələrin asanlaşdırılması yolunda hələ istifadə edilməmiş imkanlar vardır.

Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahının yüksəldilməsinə, Bolqarıstan Respublikası ilə ikitərəfli əlaqələrin inkişafına yönəlmiş səylərinizdə uğurlar arzulayıram.

Yeni görüşlərə qədər".

---------
17:16

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşerski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə Bolqarıstan hökuməti adından və şəxsən öz adımdan Sizi təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Bolqarıstan Azərbaycan ilə mövcud sıx əlaqələri yüksək qiymətləndirir və əmindir ki, bu əlaqələr xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Əminəm ki, birgə səylərimiz vasitəsilə ənənəvi dost ölkələrimiz arasındakı ikitərəfli siyasi və mədəni dialoqun yüksək səviyyədə olması üçün geniş imkanlar yaradılacaqdır.

Zati-aliləri, bu gözəl fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə səmimi qəlbdən böyük uğurlar arzulayıram".

X X X

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq və çiçəklənmə arzulayıram.

Əminəm ki, Sizin rəhbərliyiniz BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında mövcud olan sıx dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə daha güclü təkan verəcək və bizim sıx əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Azərbaycan hazırda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvüdür. Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası 2014-cü ilin aprelində Bakıda keçiriləcəkdir.
Azərbaycan hökuməti ölkənin dünyanın qlobal turizm məkanında güclü brend kimi tanınmasına böyük əhəmiyyət verir. Zati-alinizin yüksək dəstəyi bu mövqeni daha da möhkəmləndirir.

Hörmətli cənab Prezident, xahiş edirəm, mənim Sizə ən səmimi ehtiramlarımı və xoş arzularımı qəbul edin".

---------
16:17

Volınsk Vilayət Dövlət Administrasiyasının başçısı Boris Klimçuq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə növbəti inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Mənə Sizinlə şəxsən ünsiyyətdə olmaq səadəti nəsib olduğu üçün əminəm ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər bundan sonra da qarşılıqlı faydalı dostluq platformasında davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətin inkişaf etdirilməsi işində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və çiçəklənmə arzulayıram".

---------
15:24

Sloveniya Respublikasının müdafiə naziri Roman Yakiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, əziz dostum Prezident,

İcazə verin, fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək və daha da möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, ümidvaram ki, tezliklə Sloveniya Respublikasında Sizinlə görüşəcəyəm. Məlum olduğu kimi, 2013-cü ilin dekabrında Sloveniya Respublikası və Azərbaycan Respublikası həm bizim, həm də sizin Milli Qəhrəmanımız Mehdi Hüseynzadənin - Mixaylonun 95 illiyinə həsr olunan birgə tədbir keçirəcəkdir".

X X X

Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyası İcraiyyə Komitəsinin adından səmimi qəlbdən təbrik edirəm.

MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni xalqın Sizə etimadı və ölkənizin sosial inkişafına Sizin şəxsi töhfənizin qiymətləndirilməsi kimi qəbul edir. Bu inkişafda mühüm yer tutan bədən tərbiyəsi və idman proqramlarının Azərbaycan Respublikasında həyata keçirilməsi bütövlükdə Birlik ölkələri məkanına müsbət təsir göstərir.

Biz əminik ki, Sizin MDB-də yüksək mövqeyiniz və nüfuzunuz 2014-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB ölkələrinin IX Beynəlxalq İdman Oyunlarının uğurla keçirilməsində də, əvvəlki illərdə olduğu kimi, idman təşkilatlarını dəstəkləməyə imkan verəcək, millətin sağlamlığı və xalqlar dostluğunun qorunub saxlanması üzrə səylərinizin real təcəssümü olacaqdır.

Sizə uğurlar diləyir, özünə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı bildiririk".

X X X

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Kemerovo Vilayət Administrasiyası, Xalq Deputatları Soveti və vilayətin bütün sakinləri adından, həmçinin şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.
Sizə göstərilən ümumxalq dəstəyi son onillikdə Sizin rəhbərliyinizlə ölkənizin qazandığı inamlı nailiyyətlərin qardaş Azərbaycan xalqı tərəfindən etiraf olunmasına dəlalət edir. Bu dəstək Sizə göstərilən ən yüksək etimadı və yürütdüyünüz siyasətin ürəkdən bəyənilməsini ifadə edir. Sabitliyin və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş bu siyasət Azərbaycanın dinamik və fasiləsiz inkişaf, demokratik hüquqi dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə irəliləməsini təmin edir.

Siz XXI əsrin müasir lideri, güclü xarizmatik siyasi xadim, atanız Heydər Əlirza oğlu Əliyevin ən layiqli varisisiniz. Mən Heydər Əlirza oğlunu şəxsən tanıyırdım və onun görkəmli xidmətləri, şəxsiyyətinin miqyası, istedadı, dövlətə sədaqəti və doğma Azərbaycana atalıq qayğısı qarşısında indi də baş əyirəm.

Kuzbas ilə Azərbaycan Respublikasının əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu əməkdaşlığa görə biz Heydər Əlirza oğlunun fəal iştirakına borcluyuq.

Bu gün Siz atanızın dövlətçilik işini davam etdirir, MDB-də və bütün dünya birliyində haqlı olaraq möhkəm nüfuz qazanmış, güclü, müasir Azərbaycan dövlətinə qətiyyətlə rəhbərlik edirsiniz. Azərbaycanın yeni əsri və əlbəttə, onun ən yeni tarixi Sizin adınızla bağlıdır.
Hörmətli İlham Heydər oğlu!

Sizi sevən və ətrafınızda sıx birləşmiş Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə səmimi qəlbdən yeni uğurlar diləyimizi qəbul edin.

Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm!"

--------
15:01


Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

AzərTAc xəbər verir ki, Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur".


X X X

Lyublyana şəhərinin meri Zoran Yankoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Ölkənizdə keçirilmiş prezident seçkilərinin nəticələrindən çox məmnunam. Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim.

Seçkilərdə qalib gəlmək həmişə ağır, gərgin, qətiyyətli, inadlı, səbirli bir iş, əməkdaşlıq, komanda ilə çalışmaq, həmkarlara dərin inam, həmrəylik, möhkəm dəlillər tələb edən və ən yaxşı nəticəyə hesablanan fəaliyyətdir. Əminəm ki, bu keyfiyyətlər zəminində ümumi məqsədlər naminə Azərbaycan Respublikasının inkişafı üçün səylərinizi davam etdirəcəksiniz.

Hörmətli cənab Prezident, Sizə işlərinizdə davamlı uğurlar arzulayıram.

Sizə ən yaxşı arzularımı çatdırır, tezliklə Lyublyanada görüşəcəyimizə ümid edirəm".


X X X

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum,

Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Xalqın Sizə dərin etimadı ona əsaslanır ki, Sizin prezidentliyinizin əvvəlki dövründə fəaliyyətiniz uğurlu olmuşdur. Əminəm ki, Sizin yeni prezidentlik müddətiniz də ölkəniz və xalqınız üçün müvəffəqiyyətli olacaq, eyni zamanda, regionunuzda sülhün möhkəmlənməsinə və sabitliyə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".
 

--------
14:11

Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.

Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhün və stabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin".

---------
13:56

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə Sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız".

-----------------
16.10.2013
17:35


BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri əziz Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqınızdan güclü, inamlı və yüksək nəticələr gözlənilən mandat almısınız.
Böyük atanız və müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinə əsaslanan Sizin müdrik, balanslaşdırılmış və prinsipial rəhbərliyiniz altında sabitlik və tərəqqi yolu ilə irəliləyən ölkəniz regional güc mərkəzinə, siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əsas oyunçuya çevrilmişdir.
Ali dövləti vəzifənizdə Sizə böyük uğurlar və ölkənizə gələcək illərdə yeni nailiyyətlər arzulayıram".

X X X

BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və bu ali dövləti vəzifədə Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin yeni prezidentlik dövrünüz Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın sülhün, inkişafın və insan hüquqlarının daha etibarlı qorunması məsələlərində qlobal rolunun güclənməsi üçün imkan yaradacaqdır.
Birləşmiş Millətlər Təşkilatı hamı üçün daha yaxşı dünya qurmaq səylərini davam etdirir və bu məqsədə çatmaq işində ölkənizin sadiqliyi çox vacibdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm və bu səylərin gələcəkdə daha da güclənəcəyinə inanıram.
Zati-aliləri, Sizə öz dərin ehtiramımı bildirirəm".


X X X

Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Svetlana Orlova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.
Seçkilərin nəticələri milli lider kimi Sizin böyük nüfuzunuzu aşkar şəkildə nümayiş etdirdi və Azərbaycan xalqının ali dövləti vəzifədə Sizin ölkənin sosial və iqtisadi inkişafına yönəlmiş çoxşaxəli fəaliyyətinizi yüksək qiymətləndirdiyini göstərdi.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının etimadı və böyük dəstəyi Sizin üçün etibarlı dayaq olacaq, ölkənin rifahı və çiçəklənməsi naminə səmərəli işinizdə Sizə güc verəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə müvəffəqiyyətlər, tükənməz enerji, möhkəm cansağlığı, rifah və nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzulayıram".


X X X

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz yüksək nüfuzunuzu, sülhə, sabitliyə, firavanlığa və sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə olan ümidlərini Sizin adınızla bağlayan Azərbaycan əhalisinin peşəkarlığınıza, bacarığınıza inamını təsdiq edir.
Əminəm ki, Azərbaycan Respublikasının və İnquşetiya Respublikasının xalqları arasındakı tarixi qardaşlıq münasibətləri möhkəmlənəcək və dinamik inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimiyyətlə cansağlığı, xoşbəxtlik, rifah, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

---------
16:49

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin, həmçinin ticarət əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq duyuram. 2012-cil ildə ticarət dövriyyəmiz 1,38 milyard avroya çatmışdır. Əminəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcək və çex şirkətləri üçün Azərbaycanda biznes imkanları daha da artacaqdır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

----------------
15.10.2013
14:09

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyası və Moldova həmkarlar ittifaqının 450 minlik üzvü adından səmimi təbrikləri bu son dərəcə məsul vəzifədə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, sülh, firavanlıq arzuları ilə birlikdə qəbul edin.

Sizin on il ali dövləti vəzifədə işləməyiniz artıq həm öz həyatınızın, həm də ölkənizin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Sizin müdrik qərarlarınız sayəsində Azərbaycanın müasir simasını formalaşdıran bir sıra çox əhəmiyyətli dəyişikliklər həyata keçirilmişdir.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının uzun illər ərzində sıx əməkdaşlıq etdiyi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə həssas münasibətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istərdim.

Biz dərindən əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası daha da inkişaf edəcək və onun vətəndaşlarının rifahı bundan sonra da yüksələcəkdir".

X X X 

Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Səsvermənin nəticələri ölkənin hərtərəfli inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndirən Azərbaycan xalqı tərəfindən Zati-alinizə böyük etimad göstərilməsini əyani surətdə təsdiqləyir. İnsanlar Sizin yürütdüyünüz siyasəti tam dəstəklədiklərini bildirərək öz ailələrinin firavanlığına və sabitliyinə, Azərbaycanın müasirləşməsinə və modernləşməsinə səs vermişlər.

Ürəkdən inanıram ki, Siz Azərbaycan Prezidenti kimi yüksək vəzifədə bundan sonra da Belarus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə şərait yaradacaqsınız.
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, sülh və firavanlıq arzulayıram!"

X X X 

Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Argentina parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri olaraq mənə ölkələrimiz arasında münasibətlərin əsasının qoyulmasında iştirak etmək şərəfi nəsib olmuşdur. Yaxından tanıdığım dost ölkənizdə keçirilmiş şəffaf seçkilərin nəticələrini alqışlayıram. Bu seçkilərin nəticələrinin bir daha təsdiq etdiyi kimi, Sizin sürətli inkişafı təmin edən siyasətiniz xalqınızın rəğbətini qazanmaqla yanaşı, coğrafi cəhətdən uzaq məsafədə yerləşən və Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək istəyən Argentina arasında ən uğurlu vasitə olmuşdur.

Azərbaycana səfərlərim zamanı ölkənizdə böyük inkişafın şahidi olmuşam. Əminəm ki, bu inkişaf prezidentliyinizin növbəti mərhələsində də uğurla davam edəcək, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir.

Cənab Prezident, qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm".


X X X 

Volınsk Vilayət Dövlət Administrasiyasının başçısı Boris Klimçuq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə növbəti inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Mənə Sizinlə şəxsən ünsiyyətdə olmaq səadəti nəsib olduğu üçün əminəm ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər bundan sonra da qarşılıqlı faydalı dostluq platformasında davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətin inkişaf etdirilməsi işində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və çiçəklənmə arzulayıram".

X X X 

Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.

Demokratiyanın və beynəlxalq hüququn bütün normaları çərçivəsində keçirilmiş seçkilər ölkə vətəndaşlarının gözündə Sizin möhkəm nüfuzunuzu, yeritdiyiniz uğurlu daxili və xarici siyasətin təntənəsini, respublikanın həyatında xüsusi rolunuzu - əsl dövlət xadimi, müasir milli lider rolunuzu bir daha nümayiş etdirmişdir.

Sizə, ailənizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, sülh və çiçəklənmə, xalqlarımız və dövlətlərimiz arasında tərəqqi və dostluq yolunda yeni uğurlar arzulayıram".

X X X 

Çeçen Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan Respublikasının inkişaf etdirilməsi istiqamətində gördüyünüz möhtəşəm işlərin və xalqın Sizə olan etimadının əyani təsdiqidir. Azərbaycan xalqı sosial və iqtisadi problemlərinin həllinə olan ümidlərini bu qələbə ilə bağlayır.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Sizə xalqın rifahının yüksəlməsinə yönəlmiş genişmiqyaslı inkişaf xəttini inamla və qətiyyətlə həyata keçirməyə qadir olan lider kimi inanır.

Bütün təşəbbüslərinizdə Sizə səmimi qəlbdən böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

X X X 

Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan təbrik etməyi, Azərbaycan Respublikasının dost xalqına çiçəklənmə, şəxsən Sizə xoşbəxtlik arzulamağı özümə şərəf bilirəm.

Biz səmimi qəlbdən inanırıq ki, xalqlarımızın dostluğu və qarşılıqlı əlaqələri dünyada sülh və konstruktiv əməkdaşlıq naminə hər iki tərəfin mənafeyi baxımından inkişaf etməyə davam edəcəkdir.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayır, Azərbaycan Respublikasının xalqına isə daim tərəqqi, sülh və sabitlik diləyirəm".

-----------------
14.10.2013
20:32

Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Sizin rəhbərlik etdiyiniz illərdə iqtisadi inkişafda və respublika sakinlərinin sosial rifahının yüksəlməsində böyük uğurlara nail olmuşdur.
Sizin yüksək və məsul vəzifəyə seçilməyiniz Azərbaycan sakinlərinin Sizə olan etimadının və məhəbbətinin sübutu, Sizin peşəkarlığınızın və dövlət xadimi kimi müdrikliyinizin etirafıdır.

Əminəm ki, Sizin enerjiniz, məqsədyönlülüyünüz və işə dövləti yanaşmanız sayəsində Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, nikbinlik, sadiq silahdaşlar, dostlar və Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyət arzulayıram".

---------
19:42


İtaliya Nazirlər Şurasının sədri Enriko Letta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən qalib gəlməyiniz münasibətilə öz adımdan və İtaliya Hökuməti adından Sizə ən səmimi təbriklərimi bildirmək istəyirəm.

İtaliya və Azərbaycan mövcud ikitərəfli münasibətlərini və müxtəlif sahələr, eləcə də Trans-Adriatik qaz kəməri layihəsinin inkişaf etdirilməsində strateji tərəfdaş kimi çıxış etməyimizə səbəb olan energetika sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək üçün imkanlara malikdir.
Ötən avqust ayında Bakıya səfərim zamanı göstərdiyiniz yüksək qonaqpərvərliyi xatırlayaraq bir daha Sizə təbriklərimi bildirir və Sizi yenidən görməyimə ümid edirəm".

X X X

İordaniya Haşimilər Krallığının Kralı Kral II Abdullah İbn Əl-Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,

Qardaş Azərbaycan xalqının Zati-alinizə etimad göstərərək Sizi yenidən Prezident seçməsi münasibətilə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu münasibətlə öz adımdan və İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlmiş səylərimizi təsdiq edir və həmin əlaqələrin daha geniş sahələri əhatə edəcəyinə tam əminliyimizi bildiririk. Bu əlaqələr hər iki qardaş ölkə və xalqın müştərək mənafelərinin həyata keçirilməsinə və İslam ümmətimizin problemlərinin həllinə xidmət edir.
Zati-alinizə möhkəm cansağlığı, xalqınıza isə tərəqqi, inkişaf və çiçəklənmə arzu edirəm".

---------
17:02

Çin Xalq Respublikasının Sədri Si Tszinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.

Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".

X X X

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

Yeni müddətə Prezident seçilməyiniz və bu seçkilərdə inamlı qələbəniz təsdiq edir ki, Azərbaycan xalqı Sizin simanızda onu tərəqqiyə aparan və ölkədə həyat şəraitini yaxşılaşdıran Lider görür. Siz beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin tanıdığı demokratik seçkilərlə haqlı olaraq qürur duya bilərsiniz.

Hörmətli İlham Heydər oğlu, Sizə bizim universitet korporasiyasının tamhüquqlu üzvü, Moskva Universitetinin Fəxri professoru kimi də təbrik sözləri ilə müraciət etmək mənə xüsusilə xoşdur. Qapılarımız həmişə Sizin üzünüzə açıqdır. Sizin gəlişiniz və burada çıxışınız Moskva Universiteti üçün həmişə bayram və böyük sevinc olacaqdır. Sizi əmin edirəm ki, Moskva Universiteti təhsildə və elmdə tərəqqiyə nail olmaq işinə həmişə lazımi töhfə verməyə hazırdır və ümidvaram ki, bizim fəal və səmərəli əməkdaşlığımız həmişə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin çoxəsrlik ənənələrinin zənginləşməsinə xidmət edəcəkdir.

Sizin Fərmanınızla açılmış, yorulmaz dəstəyiniz və qayğınız sayəsində Azərbaycanda universitet elminin və təhsilinin əsl incisinə, yüksək dərəcəli qabaqcıl təhsil müəssisəsinə çevrilmiş Moskva Universitetinin Bakı filialının yaradılması humanitar sahədə səmərəli Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin həyata keçirilməsinə gözəl nümunədir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, güclü və çiçəklənən Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulamaq istərdim".

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasını prezident seçkilərinin müvəffəqiyyətlə keçməsi ilə əlaqədar, şəxsən Sizi isə qələbə münasibətilə təbrik edirəm.

Bosniya və Herseqovina ilə Azərbaycan Respublikasının sıx tarixi əlaqələri vardır. Sizin seçkilərdə parlaq qələbəniz xalqlarımız arasında həqiqi dostluğu daha da möhkəmləndirəcəkdir. Əməkdaşlığımızın davam etməsinə səmimi qəlbdən şadam".

X X X

Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri Ergün Atalay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli Prezident,

Oktyabrın 9-da keçirilən prezident seçkilərində inamlı qələbəniz dost və qardaş Azərbaycan vətəndaşlarının Sizə böyük inamının, ölkənin siyasi, sosial və iqtisadi həyatının inkişafı sahəsində gördüyünüz möhtəşəm işlərin xalq tərəfindən bəyənilməsinin təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm bölgədə siyasi və iqtisadi gücünü artırmış, həm də vətəndaşların həyat şəraitini və hüquqlarını təqdirəlayiq səviyyəyə yüksəltmişdir. Bununla bərabər, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyiniz önəm sayəsində ikitərəfli münasibətlər daha da güclənmiş, "Bir millət, iki dövlət" anlayışı hər iki ölkədə yeni məzmun kəsb etmişdir.

Türkiyə İşçi Sindikatları Konfederasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımı diqqətinizə çatdırıram".

--------
16:10


Oktyabrın 14-də İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Benyamin Netanyahu Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Benyamin Netanyahuya minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

----------
15:40


Bosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat naziri Damir Hadziç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz müasir Azərbaycanı daha da inkişaf etdirmək uğrunda səylərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. İnamlı qələbəniz şəxsiyyətinizdən və dahi insan və lider Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsində qazandığınız uğurlardan xəbər verir.

Zati-aliləri, Sizi - Bosniya və Herseqovinanın dostunu bir daha təbrik edirəm. Ən yaxın vaxtlarda Bosniya və Herseqovinaya səfər edərək, Sizi həqiqi qardaş və dost kimi qarşılamaq imkanı qazanmaq ümidi ilə ən xoş arzularımı çatdırıram".

---------
15:17

İordaniya Senatının sədri Tahir Əl-Masri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi ifadə etməkdən dərin məmnunluq hissi duyur və bildirirəm ki, bu seçim müdrik Azərbaycan xalqının Sizə və Sizin apardığınız uğurlu islahatlara inamının göstəricisidir.

Sizi qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, qardaş Azərbaycan Respublikasına uğurlar diləyirəm. Əminəm ki, İordaniya və Azərbaycan parlamentləri arasında mövcud olan sıx əməkdaşlıq qardaş ölkələrin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Allah işlərinizi uğurlu etsin".

X X X

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.

Seçkilərdə qazandığınız dəstək onu sübut edir ki, Sizin vətəndaşlar ölkədə həyata keçirilən tərəqqini qiymətləndirərək dövlətin idarə olunmasını Sizə etibar etmişlər.

Əminəm ki, ölkələrimizin uğurlu siyasi və iqtisadi əməkdaşlığı bundan sonra da davam edəcəkdir. İnanıram ki, bu əməkdaşlıq xalqlarımız üçün faydalı olacaqdır".

----------------
13.10.2013

15:16

Monteneqronun Sosialist Xalq Partiyasının sədri Srdcan Miliç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm Prezident,

Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Monteneqronun Sosialist Xalq Partiyası adından və öz adımdan təbrik edirəm.
Ümidvarıq ki, yeni prezidentlik dövründə də ədalətli cəmiyyət quruculuğunun, demokratiyanın prinsip və məqsədlərinə sadiq qalaraq, xalqınıza xidməti və dövlətinizin milli maraqlarının müdafiəsini təmin edəcəksiniz.
Ölkənin iqtisadi, sosial, siyasi, enerji siyasəti və xarici siyasət sahələrində müəyyən etdiyiniz proqramların həyata keçirilməsində Sizə və xalqınıza uğurlar arzulayırıq.
İnanıram ki, seçkilərdəki parlaq qələbəniz daha sıx iqtisadi və digər əməkdaşlıq formalarının, Azərbaycanda və Monteneqroda, həmçinin bütün regionda mövcud olan potensialın nəzərdən keçirilməsi istiqamətində müştərək fəaliyyətimizin və səylərimizin davam etdirilməsi üçün stimul olacaqdır".

X X X

Podqoritsa şəhərinin meri Miomir Muqoşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm Prezident,

Monteneqronun paytaxtı Podqoritsa şəhərinin sakinləri adından və şəxsən öz adımdan ölkənizdə keçirilmiş demokratik seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Seçicilərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməyiniz ölkənizi siyasi müdriklik və məharətlə idarə etməyinizin təsdiqidir.
Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın bütün sahələrdə tərəqqisi və inkişafı davam edəcək, ölkələrimizin dostluq əlaqələri daha da dərinləşəcək və möhkəmlənəcəkdir.
Sizin dost ərməğanınız - şəhərin mərkəzindəki yeni qurulmuş "Kral parkı" Podqoritsa sakinlərinə hər gün Azərbaycanı xatırladır. Bir daha bu səxavətli ərməğana görə Sizə minnətdarlığımı bildirirəm".

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:


"Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin işçilərindən və üzv ölkələrin nümayəndələrindən ibarət seçkiləri müşahidə missiyası mahiyyət baxımından mühüm əhəmiyyətə malik olan Ağdam rayonunun işğal altında olmayan və məcburi köçkünlərin yaşadığı müxtəlif kəndlərindəki 46 seçki məntəqəsindən 24-də 3 qrup şəklində müşahidələr apardıq. Həmin rayonu seçməyimizdə ən mühüm amil türk dünyasının məcburi köçkünlərlə həmrəy olduğunu göstərmək idi.
Aparılan müşahidələrimizə əsasən deyə bilərik ki, mütəşəkkil, şəffaf və dinc şəraitdə keçən seçkilərin nəticələri rəhbərliyiniz və liderliyiniz altında hər sahədə əldə edilən uğurların təsdiqi, Azərbaycan xalqının Sizə olan inamının bariz nümunəsidir.
Yenidən Prezident seçilməyiniz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında əlaqələrin daha sürətlə inkişaf etməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın gələcək illərdə Sizin səylərinizlə daha da genişlənəcəyinə əmin olduğumu xüsusi vurğulamaq istəyirəm.
Prezident seçkilərində parlaq qələbənizin bütün türk dünyasına xeyirli olmasını arzu edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

X X X

Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın göstəricisidir. Sizin Prezident vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, xalqın hüquq və azadlıqlarına riayət edilməsinə təminat olacaqdır. Qəti əminəm ki, Rusiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirəcəklər.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, ali dövləti vəzifənizdə, Azərbaycanın bu günü və gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

---------
14:13


Çeçen Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Prezident seçkilərində növbəti qələbəniz Azərbaycan vətəndaşlarının Sizin rəhbərliyiniz altında ölkənizin sosial-iqtisadi inkişafı, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi xəttini fəal dəstəklədiklərini və bu siyasətə etimad göstərdiklərini bir daha təsdiq edir. Xalqlarımızı ümumi mənəvi dəyərlər və ənənələr, zamanın sınağından çıxmış qarşılıqlı inam və etimad birləşdirir.
Əminəm ki, bizim möhkəm əsaslar üzərində qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlığımız daha uğurla davam edəcəkdir.
Xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi əminəm ki, bundan sonra da Azərbaycan Respublikası ilə Çeçen Respublikası arasında çoxşaxəli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.
Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

X X X

Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikası Xalq Məclisi adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə göstərilmiş etimad Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Sizin xidmətlərinizin etiraf edilməsinin, yüksək nüfuzunuzun və bütün Azərbaycan xalqının Sizə dərin inamının təsdiqi, şəxsiyyətinizə verilən ən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə, habelə respublikanın bütün vətəndaşlarının əməksevərliyi və səyləri sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafda qazandığı uğurlar təqdirəlayiqdir.

Əminik ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".

X X X

Estoniya Respublikasının sabiq Prezidenti Arnold Rüütel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident İlham Əliyev!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan xalqının Sizin yenidən Prezident seçilməyiniz üçün verdiyi səslər Sizə olan etimadın və sədaqətin bariz sübutudur.
Ölkənin lideri kimi Sizin təcrübəniz xalqlar arasında sülh əlaqələrinin qarantıdır və davamlı dinc dünyaya doğru inamlı hərəkatdır.
Bir daha ən səmimi təbriklərimi qəbul edin!"

---------
13:15


Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi İd əl-Ədha - Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qoy seçkilərdə Sizin qələbəniz, Azərbaycan xalqının yüksək etimadı yolunuzu nurlandırsın.
Qoy hər bir Azərbaycan vətəndaşının ailəsində xoşbəxtlik, firavanlıq, birlik və qarşılıqlı anlaşma bərqərar olsun.

Əminəm ki, Dağıstan və Azərbaycan, Rusiya və Azərbaycan xalqlarının dostluğu və həmrəyliyi bundan sonra da inkişaf edəcəkdir.
Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dost Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram".

12:51

Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, əziz Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi və ən səmimi arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında ikitərəfli yüksək əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirəcəyik.
Əziz həmkarım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-----------------
12.10.2013

18:28


Milli.Az AzərTAc-a istinadən bildirir ki, ABŞ-ın yüksək vəzifəli şəxslərinin oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevə inamlı qələbəsi münasibətilə təbrikləri davam edir.

Dövlətimizin başçısını təbrik edən ABŞ-ın Nümayəndələr Palatasının üzvü Henry CUELLAR yazır: "Cənab Prezident, mən Sizi seçkilərdə qələbə qazanmağınız münasibətilə təbrik edirəm. Xalq Sizə səs verib və Sizi seçib.

Azərbaycan ilə ABŞ arasında qarşılıqlı strateji əsaslara söykənən əlaqələr mövcuddur. Hər iki dövlət tolerantlığın qlobal miqyasda yayılması üçün birgə çalışır. Azərbaycanda mövcud olan tolerantlıq, milli azlıqlara hörmət, gender bərabərliyi hər bir demokratik sistemin əsasını təşkil edir və bunların Azərbaycan cəmiyyətində dərin kökləri vardır.
Cənab Prezident, Azərbaycanın dostu olaraq mən Sizə və xalqınıza uğurlar arzulayıram".


X X X

Nyu-York Asambleyasının üzvü Stiven KİMBROVİCİN məktubunda deyilir: "Cənab Prezident, seçkilərdə qazandığınız növbəti uğur münasibətilə təbrik və ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm. Azərbaycan xalqı güclü idarəetmə qabiliyyətinizə, xalqın gələcəyini müəyyən etməyə yönələn açıq fikirlərinizə görə Sizə səs verib.

Azərbaycana ötənilki səfərimdən çox məmnunam. Səfər çərçivəsində Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunun şahidi oldum.

Azərbaycan və ABŞ-ın son iyirmi il ərzində mövcud olan, qarşılıqlı maraqlara söykənən diplomatik tərəfdaşlıq əlaqələri daha da inkişaf edir.

Azərbaycan xalqının dostu olaraq mən Sizə və xalqınıza uğur arzulayıram".
 
---------
18:02

Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kaşteluçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, icazə verin, Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi və arzularımı çatdırım.

Fürsətdən istifadə edərək Azərbaycanın Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının işində fəal iştirakına görə Sizə dərin təşəkkürümü bildirirəm. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə Azərbaycan Hökumətinin və milli şərabçılıq institutlarının səmərəli əməkdaşlığı şərab dünyası üçün böyük imkanlar yaradacaqdır.

Ali diqqətinizə çatdırmaq istərdim ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda təşkil ediləcək Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də Gəncədə keçiriləcək İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün Azərbaycana səfər edəcəyəm.
Bir daha təbriklərimi çatdırır, Azərbaycana səfərim zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

----------
17:42

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən xoş və səmimi təbriklərimizi qəbul edin.

Həmkarlar İttifaqları Sizin Azərbaycanın möhkəmlənməsinə və inkişafına, onun beynəlxalq nüfuzunun artmasına, sosial proqramların həyata keçirilməsinə və ölkə vətəndaşlarının rifahının yüksəlməsinə yönəlmiş səmərəli işinizi, MDB məkanında inteqrasiya proseslərinin inkişafına, xalqlarımızın dostluğunun möhkəmlənməsinə töhfənizi qeyd edir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikasına rəhbərlikdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, Siz Həmkarlar İttifaqlarının təkliflərinə və sosial-əmək təşəbbüslərinə diqqət və dəstək verəcəksiniz".

----------
17:37


Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq və möhtəşəm qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm. Azərbaycan seçiciləri Sizi yenidən Prezident seçməklə fəaliyyətinizi yüksək qiymətləndirmişlər. Bu fəaliyyət sayəsində Azərbaycan iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq mövqelərini möhkəmləndirir.

Əminik ki, Sizin rəhbərliyiniz altında respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına etibarlı surətdə təmin edilməsi, səmərəli sosial dialoqun inkişafı üzrə işlər bundan sonra da davam edəcəkdir.

Möhtərəm cənab Prezident, Sizə ən xoş arzularımızı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimizi qəbul edin".

---------
17:20

Dünya Taekvondo Federasiyasının Prezidenti Çunqvon Ço Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Dünya Taekvondo Federasiyasının ən səmimi təbriklərini qəbul edin.

Azərbaycan xalqı ölkənizi müəyyənləşdirdiyiniz istiqamətdə irəliyə aparmaq üçün Sizə yenidən etimad göstərmişdir. Əminəm ki, Siz seçicilərin etimadını qarşıdakı illərdə də doğruldacaq, Azərbaycanı daha da irəliyə aparacaqsınız.
Dünya Taekvondo Federasiyası Sizin fəal köməyinizlə taekvondonun dünya səviyyəsinə qaldırılması, ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına daxil edilməsi, bütün dünyada qarşılıqlı anlaşma və sülh vasitəsi kimi qəbul olunması üçün göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir.

Növbəti illərdə Azərbaycanın daha böyük uğurlar qazanmasını səbirsizliklə gözləyirik. Mənim dostluğuma və dəstəyimə hər zaman etibar edə bilərsiniz".

X X X 

Şabli şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Jandro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə təbrik etmək istərdim. Bu qələbə Sizin Azərbaycan və azərbaycanlılar üçün hər gün gördüyünüz böyük işlərin nəticəsidir.

Çox böyük şərəf hissi ilə Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye və senator Piyer Bordiyerlə bu ayın sonunda Sizin ölkənizə səfər edəcəyik.

Bu səfər bizim Yon vilayəti ilə Azərbaycan arasında mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün bir fürsət olacaqdır.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

--------
17:00

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, Sizi salamlayıram.

Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fələstin dövləti və xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram. Xalqınızın məqsədlərinə çatmasında, inkişafı və tərəqqisi yolunda göstərdiyiniz səylərdə Zati-alinizə uğurlar arzu edirəm. Sizə xalqlarımızın və ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı naminə tərəfdaşlığımızı təklif edir, həmçinin tarixi qardaşlıq əlaqələrimizin gücləndirilməsini diləyirik.

Xahiş edirəm, ən səmimi təbriklərimizi və Zati-alinizə cansağlığı və xoşbəxtlik diləklərimizi qəbul edin".

X X X 

Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm.

UNESCO seçkilərin nəticələri barədə məlumatı alqışlamışdır. İcraiyyə Şurasının iclasında Baş direktorun nitqində Azərbaycanın bu Təşkilata göstərdiyi dəstəkdən bəhs edilmişdir. Biz Sizinlə bərabər, UNESCO-nun xoşməramlı səfiri gözəl Mehriban xanımı da təbrik edirik!

Qoy Sizin yüksək ilhamınız işlərinizə və niyyətlərinizə həmişə enerji versin! Sizə cansağlığı və uzun ömür arzu edirəm!"

-----------
16:14

Fransanın Burqundiya regionunun Yon vilayəti Ali Şurasının Prezidenti Andre Vilye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.


Birinci və ikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı.

Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaqdır.
Zati-aliləri, Sizinlə görüşmək arzusu ilə və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə
əmin olmağınızı xahiş edirəm".

----------
15:37

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.

Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaqdır.

BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir.

Zati-aliləri, Sizə bir daha yeni prezidentlik müddətində fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi çatdırıram".

----------
14:22


Monteneqro Respublikasının Baş naziri Milo Dukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum!

Monteneqro Hökuməti və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Azərbaycan vətəndaşlarının Sizə yenidən yüksək etimad göstərməsi ölkənizin hazırkı və inanıram ki, gələcək sosial və iqtisadi inkişafına, tərəqqisinə qiymətin və dəstəyin təzahürüdür.

Əminəm ki, yeni ideya və təşəbbüslər Azərbaycan və Monteneqro arasında bütün səviyyələrdə artıq mövcud olan səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə uğurlu inkişafı üçün yeni imkanlar açacaq və əlavə təkan verəcəkdir.

Cənab Prezident, uğurlu işlərinizin davamlı olmasını səmimiyyətlə arzulayaraq, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X 

Senator, Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,
İlk növbədə, icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırım.

Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olmuşdur.

Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

-----------
13:30

İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə parlaq qələbə respublika sakinləri arasında yüksək nüfuzunuzun daha bir inandırıcı təsdiqi, xalq naminə, Azərbaycanın şöhrəti naminə məqsədyönlü əməyinizin etiraf edilməsidir.

Bu gün müstəqil Azərbaycan dünya məkanında, dünyanın aparıcı ölkələri arasında getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin böyük iqtisadi inkişafı, yüksək mənəvi-əxlaqi mühitin qorunub saxlanılması, mədəniyyət, elm və təhsilin dəstəklənməsi Sizin - güclü yaradıcı enerjiyə malik, işinin peşəkarı olan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və təkidlə nail olan bir insanın böyük şəxsi xidmətidir.

Bu günlər Çində olsam da, seçkiləri diqqətlə izləyirdim və bu gün səmimi qəlbdən Sizə və Sizin bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Qoy həmvətənlərinizin rifahı naminə, ölkələrimizin xalqlarının dostluğu naminə bütün faydalı işləriniz və təşəbbüsləriniz əvvəlki kimi uğurlu olsun".

X X X 

Slovakiya Respublikasının sabiq Prezidenti Rudolf Şuster Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm".

----------
10:59

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam.

Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələr barədə bu il Bakıda etdiyimiz söhbətlər məndə belə bir əminlik yaratmışdır ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ali dövləti vəzifənizdə uğurlar və xoşbəxtlik arzulayır, sonsuz ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------------
11.10.2013

18:32

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm!

Siz Azərbaycan Respublikasına şərəf və ləyaqətlə rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial inkişafda sanballı nəticələrə nail olmuş, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmişdir və Rusiya ilə çoxşaxəli dostluq münasibətlərini inkişaf etdirir. MDBMİ məzunlarının Bakı Forumu zamanı ölkənizin nailiyyətlərini əyani görmək imkanımız oldu.

Siz MDBMİ-nin məzunu olan dostlarınızın dəstəyinə həmişə güvənə bilərsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

---------
18:02

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Yenidən böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin şəksiz nüfuzunuzun haqlı olaraq etiraf edilməsi, Azərbaycan xalqı tərəfindən Sizə dərin hörmətin, daimi dəstəyin təzahürüdür. Azərbaycanın bütün həqiqi dostları bu dəstəyə şərikdir. Şübhəsiz, bu, Sizin dahi atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinə hörmətin ən yaxşı əlamətidir.

Sizin qələbəniz Rusiya cəmiyyətində ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin etimada əsaslanan qarşılıqlı əlaqələrinin hərtərəfli inkişafına yönəlmiş ardıcıl fəaliyyət xəttinin təminatı kimi qəbul edilir.

Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının çiçəklənməsi, əmin-amanlıq və tərəqqisi naminə uğurlar diləyirəm".

X X X

ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarman və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlayn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident Əliyev,

Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir. Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq. Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik".

X X X

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.

Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram".

X X X

Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edirəm.

Sizin üçüncü müddətə yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz cəmiyyətdə şəksiz nüfuzunuzu, Azərbaycan xalqının Sizə böyük etimadını göstərir.

Sizə Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə yeni möhtəşəm uğurlar arzulayıram".

X X X

Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Prezidenti Maykl Kassen və Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin baş icraçı direktoru Hovard Kohr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident İlham Əliyev,

Sizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ABŞ-ın yəhudi icması və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi adından təbriklərimizi çatdırmaq istərdik.
Azərbaycanın yəhudi icmasına göstərdiyiniz dəstəyi və İsrail dövləti ilə dinamik əlaqələri qoruyub saxlamaq marağınızı yüksək qiymətləndiririk. Regionda strateji məsələlər sahəsində əlaqələr gələcək aylarda və illərdə daha mühüm əhəmiyyət kəsb edəcəkdir.
Amerikalılar kimi, biz Azərbaycan ilə ABŞ arasındakı terrorizmlə mübarizə məsələsindən enerji məsələlərinədək müxtəlif sahələri əhatə edən mühüm əlaqələri yüksək qiymətləndiririk.

Bir daha Sizə ən səmimi təbriklərimizi, Sizin administrasiyanıza və Azərbaycan Respublikasına ən xoş arzularımızı çatdırırıq".

--------
17:04

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə Sizin yorulmaz səmərəli fəaliyyətinizin nəticəsidir, Azərbaycan Respublikasının başçısı kimi yüksək nüfuzunuzu təsdiq edir. Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifədə Sizə səmimi qəlbdən uğurlar, möhkəm cansağlığı, şəxsi səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

--------
16:26

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,

Azərbaycan xalqının yüksək təqdiri və iradəsi əsasında Zati-aliləri, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə şəxsən öz adımdan, ofisim və iş yoldaşlarım adından səmimi təbriklərimi bildirirəm. Azərbaycan xalqının və dövlətinin birlik, bütövlük, xoşbəxtlik, sabitlik və rifah içində inkişafının davam etməsini diləyirəm".

X X X

Qətər dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə cansağlığı və davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə daha da çiçəklənmə və inkişaf arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının tarixində bu əlamətdar günlərdə Volqoqrad vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi ümummilli seçkilərdə inamlı qələbəniz münasibətilə təbrik edirəm. Bu qələbə Prezidentin fəaliyyət xəttinin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini bir daha nümayiş etdirdi. Sizin qələbə sevincinizə şərik olaraq Sizə səmimi qəlbdən möhkəm cansağlığı və işimizdə yeni uğurlar arzulayıram, Volqoqrad vilayəti ilə Azərbaycan respublikasının regionlarının dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid və inamımı bildirirəm".

X X X

Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ölkə vətəndaşları etimad mandatını növbəti dəfə Sizə təqdim etmişlər. Bu da məsul vəzifədə fəaliyyətinizin yüksək qiymətləndirildiyini, Azərbaycan sakinləri arasında böyük nüfuz qazandığınızı və onların bundan sonra da Sizin rəhbərliyiniz altında dövlətin inkişafı yolunda irəliləməyə hazır olduqlarını göstərir. Doğma xalqın, demək olar, yekdil dəstəyi Sizi yeni nailiyyətlərə ruhlandırır, nəzərdə tutulan bütün məqsədlərə nail olmağınıza və planlarınızı həyata keçirməyinizə kömək edir. Sizə qarşıdakı prezidentlik fəaliyyətinizdə, gözəl Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Tatarıstana olan səmimi münasibətiniz və Sizin qələbəniz bizim üçün həm də onun təminatıdır ki, Sizin iştirakınızla çoxtərəfli Tatarıstan-Azərbaycan əməkdaşlığı salnaməsinə yeni parlaq səhifələr yazılacaqdır. Ümidvarıq ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə ən səmimi hörmətimə əmin olun. Sizə və Sizin yaxınlarınıza sağlamlıq və xoşbəxtlik arzulayıram".

--------
15:22

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezidentim,

Dost və qardaş Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilən azad və demokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-ailələrinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirmək istəyirəm.

Zati-alilərinin geniş təcrübəsinin və müdrik liderliyinin keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının inkişafına və rifahına böyük töhfə verəcəyinə, təşkilatımıza üzv ölkələr ilə Azərbaycan Respublikasının köklü dostluğa əsaslanan sarsılmaz əlaqələrinin və mədəniyyət, incəsənət sahəsində həyata keçirilən ortaq fəaliyyətimizin genişlənərək inkişafa davam edəcəyinə olan inamımı bu münasibətlə bir daha vurğulamaq istəyirəm.

Əmin ola bilərsiniz ki, Beynəlxalq TÜRKSOY təşkilatı hər zaman olduğu kimi, bu gün də dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ucaldılması, Türk dünyası mədəniyyətinin və incəsənətinin tanıdılması və yayılması, üzv ölkələrin dünya mədəniyyətinin inkişafında yer alması istiqamətində göstərilən bütün fəaliyyətlərdə daim Azərbaycan xalqının yanında olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı və inkişafı ilə bağlı ən xoş arzularımı çatdırır, ən dərin ehtiramımı qəbul etməyinizi diləyirəm".

--------
14:03

Oktyabrın 11-də Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bidzina İvanişvili  prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etmişlər.

----------
13:27

1994-2005-ci illərdə Ukrayna Prezidenti olmuş Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, bu, təkcə Sizə yüksək etimadın təsdiqi deyil, həm də Azərbaycanın bütün vətəndaşlarının xeyrinə siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün mandatdır.

Ürəkdən inanıram ki, Sizin bilikləriniz, Sizə şəksiz xas olan effektiv dövlət meneceri keyfiyyətləri bundan sonra da ölkənin sosial-iqtisadi inkişafı, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsi naminə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və firavanlıq, siyasi fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

X X X 

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Sizin üçüncü müddətə ali dövlət vəzifəsinə - Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.

Uzun illər boyu Siz haqlı olaraq, həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin də ən parlaq simalarından birisiniz, ən mühüm və regional dünya problemlərinin həllində Sizin rəyiniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır. Sizin keçdiyiniz zəngin həyat yolu öz ölkənizə hədsiz sevgi və sədaqət, yüksək peşəkarlıq, daimi vəzifə borcu hissi, məqsədyönlülük və müdriklik, ən mürəkkəb məsələləri həll etməyi, daim öz xalqının rifahı naminə xidmət etməyi bacarmaq nümunəsidir.

İcazə verin, Sizə ən böyük uğurlar, yüksək dövləti işlərinizdə yeni nailiyyətlər arzulayım.

Sizə və xanımınız Mehriban Arif qızına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".

X X X 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Salam əleykum!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, eləcə də Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı gözəl dostluq münasibətləri və əməkdaşlıq yeni dövrdə də inkişaf edəcək, ölkələrimiz arasındakı təmaslar isə qarşılıqlı hörmət əsasında xalqlarımızın mənafeyinə uyğun olaraq daha artıq genişləndiriləcəkdir.

Uca Tanrıdan Cənabınıza müvəffəqiyyətlər, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövlətinə və xalqına isə səadət və xoş günlər arzulayıram".

X X X 

Qətər Dövlətinin əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ürəkdən gələn təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin gələcək illərdə də gücləndirilməsi arzumuzu bir daha diqqətinizə çatdırmaq istərdim.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

----------
13:11

MDB-nin Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, zəngin həyat təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının dinamik və davamlı inkişafına dair məsələləri gələcəkdə də uğurla həll etməyinizə imkan verəcəkdir.
Planlarınızın və təşəbbüslərinizin həyata keçməsində Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik arzulayıram".

X X X 

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasında prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə aldığınız dəstək Azərbaycan xalqı tərəfindən Sizə olan böyük etimadın və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Qəti əminəm ki, Sizin yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizlə, ölkələrimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və çiçəklənməsinə yönəlmiş dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

----------
12:58

Oktyabrın 11-də İsrail Prezidenti Şimon Peres Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Şimon Peres Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Prezidentinə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

----------
12:38

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.

Əminəm ki, Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu gözəl fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram".

----------------
10.10.2013
19:50


Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Tacikistanda bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq. Yenidən prezident seçilməyiniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənizin çiçəklənməsinə, onun xalqının firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri iki dövlətin və onların xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bunun üçün bütün zəruri səylərini əsirgəməyəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm".

X X X

Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Hörmətli cənab Prezident,
Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.

Mən səmimi qəlbdən ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacaqdır. Çünki biz təhlükəsizlik, sülh və rifahla bağlı ümumi maraqlarımızı yalnız birgə səylərlə həyata keçirə bilərik.

Sizə cansağlığı arzu edir, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadi və sosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Sizi noyabrın sonunda Vilnüsə dəvət edirəm.
İcazə verin, qələbəniz münasibətilə Sizi bir daha təbrik edim. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".


X X X

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Səsvermənin gedişində seçicilərin göstərdiyi dəstək Sizin xalqınızın seçdiyi kursun varisliyini təmin etməklə öz ölkənizdə haqlı olaraq qazandığınız yüksək nüfuzu növbəti dəfə təsdiqlədi. Ölkənizin sanballı iqtisadi tərəqqisi və vətəndaşların maddi rifahının yüksəlməsi, dünya arenasında rolunun möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır.
Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz Azərbaycanın daha da firavanlaşmasına və qarşılıqlı faydalı Belarus-Azərbaycan strateji tərəfdaşlığının inkişafına şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə, səylərinizdə uğurlar diləyirəm".

X X X 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

İnanıram ki, Sizin yüksək dövlət vəzifəsində fəaliyyətiniz gələcəkdə Azərbaycanın daha hərtərəfli inkişafına və firavanlığına şərait yaradacaqdır.
Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni zirvələrə çatmağınızı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

---------
18:27


Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə yenicə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.

Nəticələr Sizin indiyədək Azərbaycan xalqının çiçəklənməsinə verdiyiniz zəngin töhfələri əks etdirir. Seçkinin nəticələri, həmçinin Sizin şəksiz liderliyiniz altında Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük nüfuza malik demokratik cəmiyyət kimi inkişaf etdiyini sübut edir.

Fürsətdən istifadə edərək ölkələrimizin bütün sahələrdə sıx əməkdaşlıq yolunda
irəliləməsinə verdiyiniz səmərəli töhfələrə görə bir daha minnətdarlığımı ifadə edirəm. Mən ölkələrimiz arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirən intensiv dostluq münasibətlərimizin davam edəcəyinə ümidvaram.

Hörmətli Prezident, Sizə cansağlığı və ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

---------
15:40

Oktyabrın 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik etmiş, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

----------
00:17


Oktyabrın 9-da Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.


AzərTAc xəbər verir ki, Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik etmiş, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulamışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.