Siyasət
Amerika Birləşmiş Ştatları Konqres üzvləri Bakıdadırlar - 3D - FOTO
16 Avqust 2013 10:51
Baxış: 1 498
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri avqustun 15-də Amerika Birləşmiş Ştatları Konqres üzvlərinin köməkçiləri ilə görüşdülər.
Trend Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, qonaqları salamlayan komitənin sədri Səməd Seyidov onlara ölkəmizlə bağlı ətraflı məlumat verib.
O, zəngin tarixi mədəniyyətə, təbii sərvətlərə sahib olan Azərbaycanın son illərdə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırdığı mühüm layihələrdən və ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərdən geniş söz açıb.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən komitə sədri dedi ki, 20 ildən çoxdur Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazilərini və daha yeddi rayonunu işğal altında saxlayır.
S.Seyidov bölgə barədə dəqiq təsəvvür yaranması üçün amerikalı qonaqlara işğal altında olan rayonları xəritədə göstərdi və bu ərazilərin Ermənistana heç bir aidiyyatı olmadığını bildirdi. Qeyd olundu ki, coğrafi baxımdan Azərbaycanla ABŞ bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasi baxımdan münasibətlər getdikcə daha da yaxınlaşır. Parlamentdə geniş tərkibli dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycanda insan hüquqlarına yüksək dəyər verilir, gender bərabərliyi təmin olunub.
Konqres üzvlərinin köməkçiləri Azərbaycana səfərləri çərçivəsində ölkəmizin müxtəlif tarixi yerləri ilə yaxından tanış olduqlarını və müxtəlif maraqlı görüşlər keçirdiklərini dedilər. Görüşdə iştirak edən digər millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova qonaqların müxtəlif məsələlərlə bağlı suallarını da cavablandırdılar.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Aleksandr Lukaşenko Mehriban Əliyevanı təbrik edib
-
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
XƏBƏR LENTİ
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)