Bu barədə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Trend-ə bildirib:Azərbaycan və Türkiyənin vahid ordusunun formalaşması prosesi başlayıb
"Artıq Azərbaycan və Türkiyə hərbi birləşmələri arasında keçirilən təlimlər sübut edir ki, iki dövlət regional problemlərə, təhlükəsizlik məsələlərinə dair vahid baxış formalaşdırır və münasibətlərin iqtisadi, siyasi, diplomatik əsasları ilə yanaşı ən mühüm komponenti olan hərbi elementi də yaradılır".
Z.Oruc vurğulayıb ki, təkobrazlı şəkildə "Bir millət, iki dövlət" formasında deyil, "Bir millət, bir ordu" formulu bərqərar olunmalıdır.
Bu istiqamətdə ordunun təkmilləşməsi, NATO standartlarının tətbiqi imkanları var, həm də Azərbaycanın qüdrətinin artması ilə bölgədə gücü irəliləmiş olacaq:
"Bu dönəmdə Azərbaycan və Türkiyə birgə strateji addımlar atır. Bundan sonra imkanları daha da genişləndirərək birgə hərbi birləşmələr, müəyyən istiqamətdə eyni missiyanı yerinə yetirən hərbi taqımlar yaratmaq mümkündür. Bunun üçün siyasi iradə var, resurslar yetərincədir, təhlükələr də vahiddir".
O, xüsusi olaraq qeyd edib ki, ötən ayın 12 günü iki ölkənin quru qoşun birləşmələrinin, motoatıcı diviziyasının döyüş qabiliyyətini artırmaq, bir mərkəzdən idarəçilik vərdişlərinə yiyələnmək və taktiki-texniki imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli sayılır:
"Kurslar əlaqələrin yaxınlaşdırılması, birgə vahid taktiki planların yerinə yetirilməsi, vahid silahlardan istifadə, komanda birləşmə təlimlərinin gerçəkləşdirilməsi, ağır silahların hədəflərə yönləndirilməsində təcrübənin bölüşməsi və sair kimi töhfələr verəcək".
Milli.Az