Siyasət
Politoloq: "ARDNŞ və "Rosneft"in üçüncü ölkələrdə birgə əməkdaşlığı Ermənistanı da əhatə edə bilər"
10 İyul 2013 13:12
Baxış: 1 127
"Rusiya-Azərbaycan düşmənçiliyinə milyon dollarlar xərcləyən, intellektual resurslar, tanınmış adlar ortalığa qoyan qüvvələr çaşqınlıq qarşısındadır: iki ölkə arasındakı soyuqluq birdən-birə münasibətlərin əvvəlkindən daha artıq istiləşməsi ilə nəticələndi". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın silahla bağlı təkliflərini yerə salmadı, rəsmi Moskva Prezident İilham Əliyevə qarşı siyasi oyunlarda adının hallanmasına imkan verməyəcəyini bildirdi, eləcə də konkret strateji əməkdaşlıq təklifləri irəli sürdü:
""Rosneft"in ARDNŞ-a üçüncü dövlətlərdə birgə əməkdaşlıq təklif etməsi də bu qəbildəndir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi, ardınca "Rosneft"in rəhbəri, uzun müddət Rusiyada rəhbər vəzifələrdə işləmiş İqor Seçin dərhal Bakıya gəldi. "Rosneft" "Qazprom"dan fərqli olaraq korlanmamış reputasiyaya malikdir və adının "Rosneft" olması çox şeyi deyir. İki ölkə prezidentlərinin xeyir-duası ilə baş tutacaq ARDNŞ və "Rosneft" əməkdaşlığı üçüncü ölkələrdə birgə layihələr reallaşdırması həm regional, həm də ümumavropa miqyaslı ola bilər. Türkiyə və İran bu iki dövlət şirkətinin birgə əməkdaşlığının ən real coğrafiyalarıdır".
Politoloqun fikrincə, "Rosneft"in yaxınlarda Ermənistanın yanacaq paylama şəbəkəsinə sahib çıxması diqqətdən kənarda qalmamalıdır:
""ARDNŞ və "Rosneft"in üçüncü ölkələrdə birgə əməkdaşlığı Ermənistanı da əhatə edə bilər. Rusiyadan bir neçə dəfə yükləmə-boşalma əməliyyatı ilə Ermənistan benzin və neft məhsulları daşımaqdansa, "Rosneft" üçün Azərbaycandan neft məhsullarını alıb Ermənistana daşıması daha sərfəlidir. Təbii ki, Rusiyanın bu niyyətinin arxasında Qarabağ məsələsinin həllindəki dəstəyi dayanmalıdır. İndi o dəstək aşkar şəkildə üzdədir".
Əhmədoğlu bildirib ki, Ermənistan "pul oğrusu" imici qazanmış dövlətdir:
"Rusiyadan 500 milyon dollar kredit alan ermənilər Moskvaya pulu hara xərclədiklərinin hesabatını verə bilmirlər. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistan üçün ayırdığı kreditlərin də korrupsiyaya məruz qalması barədə faktlar hədsiz çoxdur. Ermənistan Nəzarət Palatası rəhbərinin parlamentdəki çıxışı da bunu göstərdi".
O vurğulayıb ki, Avropa İttifaqı riskə gedib korrupsiyaya bulaşmış Ermənistan rəhbərliyinə 1,5 milyard avro yardım verməyəcək. Rusiya presedent yaratsa da, bunun bünövrəsi Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində qoyulub:
"Ermənistan iqtisadi problemlərini regional əməkdaşlıq çərçivəsində həll etməlidir. Həm Rusiya, həm Aİ Ermənistan üçün regional əməkdaşlıq dedikdə Azərbaycanla əməkdaşlığı nəzərdə tutur. Ermənistanın bu həqiqəti indi anlamayıb, üç ildən sonra dərk etməsi də Azərbaycanın xeyrinədir. Üç ildən sonra Ermənistanın indiki rəhbərliyi tərkibinə daxil olmaq üçün dövlət axtaracaq. Azərbaycan belə dövlətlərdən biri ola bilər. Seçim Ermənistandadır: Azərbaycanla əməkdaşlığa özü müstəqil də gələ bilər və ya başqa strukturlar vasitəsilə qoşula bilər. Başqa strukturlar dedikdə, əsasən, RF və Aİ-ni nəzərdə tuturuq".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır