Siyasət

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

15 Fevral 2026 18:10
Baxış: 298

Sizin (Prezident Vuçiç - red.) rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.