Siyasət

Sülh sazişi istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi dönüş nöqtəsidir - Tokayev

4 Fevral 2026 21:25
Baxış: 313

Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində nümayiş olunan videomüraciətində deyib.

Tokayev bildirib ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Qazaxıstan Prezidenti əlavə edib ki, qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.