Siyasət

Zaxarovadan Rusiya-Azərbaycan münasibətləri ilə bağlı açıqlama

24 İyul 2025 19:02
Baxış: 1 220

"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir.

Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.