Siyasət

Azərbaycanda başqasının gömrük borcunu ödəmək mümkün olmayacaq

22 İyul 2025 16:05
Baxış: 398

Azərbaycanda başqasının gömrük borcunu ödəmək mümkün olmayacaq

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Qeyd: Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:

- girov;

- veksel zaminliyi (aval);

- bank qarantiyası;

- ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;

- sığorta müqavilələri;

- üçüncü şəxsin zaminliyi;

- avans ödəmələr.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.