Siyasət

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

15 İyun 2025 19:51
Baxış: 394

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Milli.Az xəbər verir ki, dövlət başçısı bununla bağlı X hesabında paylaşım edib.

"Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun da Azərbaycanı bu münasibətlə təbrik etmişdi.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.