Siyasət

Prezident: Azərbaycan və Rusiya xalqlarını sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir

12 İyun 2025 11:11
Baxış: 729

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə bu ölkənin Dövlət bayramı - Rusiya Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

"Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.