Siyasət

Bolqarıstan Prezidenti Azərbaycan liderini təbrik edib

27 May 2025 13:12
Baxış: 275

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi, əmin-amanlıq, firavanlıq və rifah arzularımı çatdırıram.

Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz arasında qurulan sıx və səmərəli əməkdaşlıq, xalqlarımız arasındakı qarşılıqlı hörmət ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sabit təməldir.

Əminəm ki, ötən ilin mayında Bakıya rəsmi səfərim və noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı keçirdiyimiz görüşlər və danışıqlarımız son illərdə ikitərəfli münasibətləri xarakterizə edən intensiv siyasi dialoqun davam etdirilməsinə töhfə verdi.

İnanıram ki, biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin mühüm rəmzi kimi yaxın gələcəkdə Veliko Tırnovo şəhərində "Şuşa parkı" layihəsini həyata keçirəcəyik.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.