İlham Əliyevin vyetnamlı Baş katib ilə geniş tərkibdə görüşü keçirilib - FOTO
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Dövlətimizin başçısı özünün Vyetnama səfərinə toxunub, Baş katib To Lamın ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasını əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin BMT, AQEM, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd edilib.
Vyetnam tərəfinin öz ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb və bu baxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri yaxşı imkanlar yaratdığı qeyd edilib.
Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb.
Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldığı xatırlanıb, bu gün də həmin şəxslərin Vyetnamın inkişafında mühüm rol oynadıqları bildirilib, Vyetnamda Azərbaycanda təhsil almış tələbələrin Assosiasiyasının fəaliyyət göstərdiyi vurğulanıb.
Görüşdə Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Baş katib To Lam Prezident İlham Əliyevi Vyetnama səfərə dəvət edib. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib





