Siyasət

Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var - Elçin Əmirbəyov

10 Aprel 2025 21:45
Baxış: 546

Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "İsveç Radiosu"na verdiyi müsahibədə deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı Azərbaycanın Ermənistan ərazisinə iddialı olması kimi anlaşılmamalıdır. "Qərbi Azərbaycan" dedikdə, tarixən əhalisinin əksəriyyəti azərbaycanlı olan torpaqlar nəzərdə tutulur. Ermənistanda Azərbaycan liderinə etibar etmirlər, biz də Ermənistana etibar etmirik. Təəssüf ki, bizim onların gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var", - deyə E.Əmirbəyov vurğulayıb.

O, müsahibədə Ermənistanla sülh razılaşması üçün bu ölkədən tələb olunan konstitusiya dəyişiklikləri məsələsinin gündəmdə qaldığını ifadə edib, lakin bildirib ki, sülh üçün açıq olan pəncərə bağlana bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.