Siyasət

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib - FOTOlar

6 Aprel 2025 12:52
Baxış: 395

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.

Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.