ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqına Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu müqəddəs ayın başa çatması ilə əlaqədar sizə və sevdiklərinizə sülh, sevinc və firavanlıq arzulayıram", - deyə paylaşımda deyilib.
Milli.Az