Siyasət

Prezident Fərman imzaladı

11 Mart 2025 16:14
Baxış: 1 813

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" 14 fevral 2025-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətinə təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını hazırlayıb Prezidentə məlumat verməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.