Siyasət

Baş Prokurorluğa yeni səlahiyyət verildi

3 Mart 2025 16:07
Baxış: 796

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayib.

Qanuna əsasən, bundan sonra Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı əlavə dəyər vergisinə cəlb olunmayacaq.

İndiyə qədər bu məsələdə səlahiyyət sahibi olan orqan (qurum) məlum deyildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.