Siyasət

Azərbaycanla Özbəkistan arasında sənəd imzalandı - FOTO

29 Yanvar 2025 12:32
Baxış: 652

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub. C. Bayramov həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.

Nazirlər "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı"nı da imzalayıb və təsdiq ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.