Prezident İlham Əliyev "İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib.
Milli.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.
Xatırladaq ki, İqtisadi Şura Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi ilə yaradılıb.
Milli.Az