Siyasət

Azərbaycan və Gürcüstan hökumətləri arasında bir sıra sənədlər imzalandı - FOTO

17 Yanvar 2025 14:31
Baxış: 511

Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.

Milli.Az xəbər verir ki, həmçinin, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Qeyd edək ki, yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.