Siyasət

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik təsdiqləndi

15 Yanvar 2025 16:34
Baxış: 368

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.