Qərbi Azərbaycan İcması məlumat yaydı
BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılması təqdirəlayiqdir.
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilir ki, Ermənistan nümayəndə heyətinin bu suallara dözümsüz münasibəti, bizim üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma "etnik müstəsnalıq" xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir.
Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, "atmaca"ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz.
Komitənin Ermənistana "Azərbaycan və Ermənistan kontekstində mediada və internet məkanında rəsmilərin və siyasətçilərin nifrət dolu çıxışlarından narahatlıq ifadə etməsi" ilə bağlı verdiyi tövsiyəsini Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü irqçi siyasətin BMT tərəfindən qeydə alınması kimi qiymətləndiririk. Bu xüsusda,BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırırıq. Biz, eyni zamanda BMT-nin digər aidiyyəti qurumlarını Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların pozulmuş hüquqlarına toxunmağa və bu ədalətsizliklərin aradan qaldırılması üçün Ermənistana tövsiyələr verməyə dəvət edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto) (Video)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
XƏBƏR LENTİ
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi
-
5 gündə 90 mindən çox sərnişin - Bakıdan bölgələrə böyük axın
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var





