Siyasət

Özbəkistan prezidenti Azərbaycana işgüzar səfərə yola düşüb

5 İyul 2024 15:22
Baxış: 537

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün iyulun 5-də Azərbaycana işgüzar səfərə yola düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinə xəbər verib.

""Nəqliyyat, rabitə və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda keçiriləcək dövlət başçıları Şurasının növbədənkənar iclasınn gündəliyinə ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və investisiya-maliyyə sahələrində, eləcə də "yaşıl" iqtisadiyyat, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahəsində regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxil olunub", - mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Görüş mühüm məsələlərin və təşkilatın gündəliyinin yüksək səviyyədə müzakirəsi üçün platforma olaraq çıxış edəcək.

Görüşün sonunda Qarabağ bəyannaməsinin, eləcə də bir sıra digər vacib sənədlərin imzalanacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.