Ölkə

Suraxanıya yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

8 İyul 2024 15:18
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Milli.Az Trend-ə istinadən yeni təyin olunan icra başçısının dosyesini təqdim edir:

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub.

Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirmişdir. Azərbaycan Kikboksinq və Maytay Federasiyasının prezidentidir. Rus dilini bilir. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib.

1999-2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olmuşdur. 2002-ci ildən Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004-2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışmışdır. Bitərəfdir.

Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Rusiya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.