Siyasət

Qərb bölgəmizdə yeni oyuna başlayır

12 İyun 2024 14:34
Baxış: 1 315

Azərbaycan və İran eyni vaxtda taktiki təlimlər keçirəcək. Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir: "2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək".

Eyni zamanda, ABŞ dövlət katibinin Avropa və Avrsçiya məsələləri üzrə müavini Ceyms O-Brayen İrəvanda rəsmi səfərdə olub. O, Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə görüşüb. Görüşdə ABŞ-Ermənistan əlaqələri, Bakı və İrəvan arasında aparılan danışıqlar, həmin danışıqlar çərçivəsində Vaşinqton-İrəvan təmasları və s. müzakirə olunub.

O-Brayenin səfəri rəsmi olaraq ABŞ və Ermənistan arasında strateji dialoqla bağlı toplantıda iştirak məqsədi daşıyırdı.

İclas başlayan kimi O-Brayen aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilmiş razılaşmalara Vaşinqtonun sadiq qaldığını vurğulayıb.

"Ölkələrimiz gömrük sahəsində informasiya mübadiləsi ilə bağlı anlaşma imzalayacaqlar, ticarət və biznes sahəsində tərəfdaşlığımızı yaxın illərdə asanlaşdıracağıq. Bu, Brüsseldə müzakirə edilmiş vədlərin bir hissəsidir", - O-Brayen söyləyib.

Ararat Mirzoyanla görüşdə isə O-Brayen bəyan edib ki, ABŞ Ermənistanla strateji dialoqun səviyyəsini artıraraq Strateji Tərəfdaşlıq Komissiyası yaratmaq niyyətindədir.

Nə baş verir? Suala cavab verməyə çalışaq.

İrəvanda Ararat Mirzoyanla, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərək danışıqlar aparan O-Brayen ermənilərə yaxşılıq etmək üçün onlara baş çəkən şəfqətli və həlim amerikalı deyil.

O-Brayen ABŞ dövlət katibinin çox yüksək səlahiyyətlər məcmusuna malik müavinidir. O, Birləşmiş Ştatların bölgəmizlə yanaşı, Mərkəzi Asiyadakı siyasətinin müəyyənləşməsində aktiv iştirak edən şəxsdir.

Cunqar dağlarından tutmuş, Egey dənizinədək olan nəhəng arealda Vaşinqtonun yeni təsir və təzyiq sisteminin praktiki formalaşmasının memarlarından biri məhz O-Brayendir.

Siyasətdə romantizm, mənəvi imperativlər və ya hisslərdən çox uzaq, sümük iliyinədək praqmat olan Ceyms O-Brayen üçün İrəvanda insan haqları və demokratiya barədə artıq çeynənmiş, klişeyə çevrilmiş politesdən danışmaq bezdirici olsa da, o, işinin öhdəsindən gəlib.

Ermənistanla strateji tərəfdaşlıq barədə anlaşma da ermənilərə himayə və ya dəstək istəkləri ilə yox, Vaşinqtonun absolyut və strateji zərurət saydığı məqamlarla bağlıdır.

Unutmayaq ki, hələ Uinston Çörçill demişdi: "Amerikalılar ilkin olaraq bütün yanlış üsulları sınayıb bitirəndən sonra həmişə düzgün qərar verirlər".

O-Brayenin İrəvana səfəri əslində Ermənistanın əvvəlki hakimiyyətləri dövründə başlayan, ABŞ-ın postsovet məkanında ən böyük səfirliyinin Ermənistanda inşası ilə müşayiət olunan siyasətinin davamıdır. Vaşinqtonun Ermənistanda əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışddırıb çıxarmaq, regionu amerikalıların geosiyasi gündəminə uyğun olaraq yenidən formalaşdırmaqdır.

İmzalanmış anlaşma həm də Rusiya və Ermənistan arasında hərbi, hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı minimum səviyyəyə endirmək, sonucda isə ümumiyyətlə dayandırmaq məqsədi daşıyır.

Perspektivdə Ermənistan ərazisində amerikalı hərbçilərinin sayının artması, əlahiddə hərbi kontingentin formalaşması istisna deyil. Söhbət ilk əvvəl İrəvandakı "Erebuni" aerodromunda ABŞ-ın hərbi-hava bazası və elektron izləmə-casusluq əməliyyatları üçün elektron kəşfiyyat mərkəzi yaratmaq istəyindən gədir.

Həmin mərkəz yaradılarsa təbii ki, əsas hədəfləri Rusiya və İran olacaq.

Sadalanan məqamların reallaşması Cənubi Qafqazda gərginliyi artırmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq strategiyası çərçivəsindədir.

Bu baxımdan, Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesi tam dəstəklməəsi barədə bəyanatlarla Cənubi Qafqazdakı real məqsədləri arasında kəskin, uçurumu xatırladaq fərqlər olan Vaşinqtonun əsas şədəfi Ermənistan tam kontrolda saxlamaqdır.

Məhz həmin səbəbdən Vaşinqton ermənilərin sürətlə silahlanmaya yönəlmiş militar ambisiyaları dəstəkləyir, erməni zabitləri və xüsusilə də generalları ABŞ hərbi məktəbləri ilə akademiyaların tədris prosesinə cəlb eğmək istəyir.

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə saziş imzalanandan sonra isə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrəvanda kəşfiyyat, habelə təhlükəsizlik strukturları üzərində "hami"lik edəcək.

Sadaladığımız məqamlarla yanaşı, Birləşəmiş Ştatlar Ermənistandan Rusiya ilə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətilərinə "yenidən baxmağı" tələb edir, İrəvanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyi təqdirdə yaranacaq problemlərin "həllində tam dəstək" vəd edir.

Bütün bunlarla yanaşı, xatırladaq ki, Ceyms O-Brayen ABŞ Konqresində məlum və bədnam dinləmələr zamanı aşkar ermənipərəst mövqe tutaraq Azərbaycana qarşı marazmatik ittihamlarrla çıxış etmişdi.

Ötən ilin lekabrınlda isə o, ABŞ və Azərbaycan arasındakı münasibətlərin ifrat gərginləşdiyi zamanda Konqresdəki bəyanatlarını sanki heç nə olmamış kimi təkzib etdi.

O-Brayen ötən ay Tbilisidə dəə rəsmi səfərdə olmuşdu. Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulundan sonra O-Brayen ölkə rəhbərliyi iləə apardığı danışıqlarda aşkar pressinqə əl ataraq ABŞ-ın Gürcüstandakı təsir imkanlarının bərpasına çalışmışdı. O-Brayen həm də bəyan etmişdi ki, sən demə, yeni qanun "Avropa İttifaqının müvafiq standartlarına cavab vermir".

İndi, deyəsən, növbə Ermənistana çatıb.

Arxiyepiskop Baqratın və ya Vazgen Qalstanyanın başçılıq etdiyi etiraz hərəkatı ABŞ Dövlət Departamenti üçün ciddi problem olmasa da, Vaşinqton İrəvandakı hakimiyyət üçün indiki mürəkkəb dövrdə Nikol Paşinyanı dəstəkləmək qərarına gəlib.

Ermənistan hakimiyyəti anlayır ki, vədlərə rəğmən, ölkəni NATO-ya üzzv qəbul etməyəcəklər. Həmin səbəbdən rəsmi İrəvan NATO ilə təhlükəsizlik anlaşması imzalayaraq ikitərəfli əlaqəəri inkişaf etdirmək niyyətindədir. Nikol Paşinyan bununla bağlı hətta ABŞ-ın dövlət katibi Entoni Blinkenə və Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelə məktublar da ünvanlamışdı.

Ceyms O-Brayenin səfəri Cənubi Qafqazda vəziyyətin sadələşəcəyindən və ya normallaşacağından yox, tam əksinə, daha da ağırlaşacağından xəbər verir.

Qərb bölgəmizdə yeni oyuna başlayır.

Çox mürəkkəb və fəsadlı bir oyuna...

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.