Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə 4 kəndin Azərbaycana qaytarılması dünyada böyük səs-səda yaratdı.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri və "İMZA" İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O qeyd edib ki, bu, Azərbaycanın yeni uğurlarından biridir.
"Bu, onu göstərir ki, Azərbaycan öz torpaqlarını heç vaxt başqasına buraxmayacaq. Təbii ki, dörd kəndin geri qaytarılması çox vacibdir. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa keçirilən səkkizinci görüşdə digər ölkələrin müdaxiləsi olmadan bu kəndlər qaytarıldı. Nə Avropa İttifaqı, nə ABŞ, nə də Fransa bu işə qarışdı. Bu, o deməkdir ki, uzaq ölkələrin, regiona heç bir aidiyyəti olmayan ölkələrin müdaxiləsi problemi yalnız uzadır. Ona görə də bura kölgə salmasınlar, qarışmasınlar, onlardan heç nə gözlənilmir. Çünki sülh müqaviləsinin imzalanmasının uzanmasının səbəblərindən biri başqa dövlətlərin bu prosesə müdaxilə etməsi, ona kölgə salmasıdır. Deməli, kölgə salmasalar, bu problemləri həll etmək mümkündür.
Bu, dünyaya çox-çox önəmli bir mesajdır. Bundan əlavə, bu dörd kəndin ikitərəfli danışıqlar yolu ilə Azərbaycana qaytarılması onu göstərir ki, hazırda sülh sazişinə gedən yol yaxın və qısadır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq", - deyə o bildirib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
XƏBƏR LENTİ
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq





