Siyasət

ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb

23 Aprel 2024 15:44
Baxış: 427

ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqları ilə bağlı hesabata dair növbəti illik məruzə dərc edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə sözügedən məruzədə qeyd edilib.

Məruzəyə əsasən, İrandakı etnik azlıq qrupları, o cümlədən azərbaycanlılar hökumətin əsasən milli azlıqların yaşadığı bölgələrdə təbii sərvətləri, ilk növbədə su ehtiyatlarını qeyri-rasional idarə etdiyindən mütəmadi olaraq şikayət edirlər.

Məruzədə qeyd olunduğu kimi, bu da öz növbəsində yerli ətraf mühitə zərər yetirir və məcburi miqrasiya və etnik azlıqların daha da marjinallaşması ilə nəticələnir.

"Azərbaycanlılar bildirib ki, hökumət aktivistləri və təşkilatçıları təqib etməklə ayrı-seçkiliyə məruz qoyub və bəzi valideynlərə uşaqlarına türk adları verməyə icazə verməyib", - məruzədə qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.