Siyasət

"Azərbaycana buna görə təşəkkür edirik"

18 Aprel 2024 15:52
Baxış: 576

Azərbaycana müstəmləkəçilik ilə və müstəqillik uğrunda mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri xanım Naisseline Omayran deyib.

O bildirib ki, Kaledoniyada keçirilən referendumun nəticələri saxtalaşdırılıb.

"Biz Kaledoniyada keçirilən referenduma yenidən baxılmasını tələb etmişik. Bu referendum xalqın hüquqlarını oğurlayır", - deyə o qeyd edib.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.