Siyasət

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

17 Aprel 2024 13:37
Baxış: 655

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda, ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərən tarixi Belem sarayında keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.