Siyasət

"Sülhün bərqərar olması üçün Ermənistanı qarşı hərəkətə təşviq etmək lazımdır"

16 Aprel 2024 10:39
Baxış: 508

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Azərbaycan Xalq yazıçısı Natiq Rəsulzadə olub.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışan yazıçı qeyd edib ki, Azərbaycan tərəfi sülhün bərqərar olması üçün tədbirlər görür, lakin sülh istiqamətində səylər birtərəfli olmamalıdır.

"Onları qarşı hərəkətə təşviq etmək lazımdır. Daima savaşmaq olmaz, ortaq dil tapmaq lazımdır", - o deyib.

Onun sözlərinə görə, bu prosesdə yazıçılar, rəssamlar, incəsənət adamları və yaradıcı şəxsiyyətlər də böyük rol oynayır.

Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.