Siyasət

Konqo Prezidenti Qaradağ Günəş Elektrik Stansiyasında olub - FOTO

5 Aprel 2024 18:25
Baxış: 766

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycanın enerji sistemi ilə tanışlığı çərçivəsində 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasında oldu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Prezidentə Xəzər və MDB regionunun bu ilk ən böyük günəş elektrik stansiyası, həmçinin, "Masdar" şirkəti ilə birgə reallaşdırılan digər meqa layihələr və ölkəmizin "yaşıl enerji" kursu barədə ətraflı məlumat verildi. Bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi üzrə əməkdaşlıq müzakirə edildi", - nazir qeyd edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.